Ferenk Papsak: “Ermənistan Dağlıq Qarabağdan tamamilə çıxmalıdır”
Tarix: 13.12.2013 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


“BMT Təhlükəsizlik Şurasının qətnamələrindən irəli gələn tələblərdən uzun müddət boyun qaçırmaq olmaz: Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın legitim və dünya ictimaiyyəti tərəfindən qəbul olunmuş əraziləridir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı isə beynəlxalq hüquqa daban-dabana ziddir. Bu da Ermənistan hərbi qüvvələrinin Dağlıq Qarabağ və ona qonşu ərazilərdən tamamilə çıxmasını tələb etməyə əsas verir”.
Avropa Azərbaycan Cəmiyyətin (AAC) verilən məlumata görə, bunu Macarıstan Milli Assambleyasının üzvü, parlamentdəki Macarıstan-Azərbaycan Dostluq Qrupunun sədr müavini doktor Ferenk Papsak deyib. O bildirib ki, beynəlxalq ictimaiyyətin Ermənistanın Azərbaycan ərazilərindən hərbi hissələrini geri çəkməsi tələbi artıq 20 ildir ki, mövcuddur: “Amma bunun heç bir nəticəsi görünmür. Əksinə, Ermənistan Dağlıq Qarabağda Xocalı aeroportunu işə salmaq və qondarma prezident seçkilərini keçirməklə beynəlxalq ictimaiyyəti qıcıqlandırır. Avropa İttifaqı dəfələrlə bəyan etmişdir ki, bu seçkilər münaqişənin sülh yolu ilə həllinə çalışan beynəlxalq ictimaiyyətin işinə əngəl törədir”. Macarıstan parlamentinin üzvü Ermənistanın işğalçılıq siyasətinin BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 822, 853, 874 və 884 saylı qətnamələri ilə mühakimə olunaraq BMT Nizamnaməsinin ikinci maddəsinə əsasən beynəlxalq hüququn pozulması kimi qeydə alındığını xatırladıb: “Bunu 2008-ci ildə BMT Baş Assambleyası da təsdiq edib. Buna görə də Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz hissəsidir. 2005-ci ildə Avropa Şurası da müvafiq qətnamə qəbul edib. 2010-cu ildə Avropa Parlamenti Ermənistan silahlı qüvvələrinin işğal etdikləri ərazilərdən çıxmasını tələbi ilə çıxış edib. Bu tələb hələ də qüvvədədir. Avropa Birliyi Dağlıq Qarabağdakı həllini tapmamış ərazi probleminə nöqtə qoymaq üçün öz tərəfdaşları ilə birgə bütün vasitələrə əl atmalıdır”.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Məhrumiyyətlərdən çəkinməyən, hər bir təhdidə və təhlükəyə gedə bilən Heydər Əliyev bölünmə təhlükəsi qarşısında qalan bir dövləti yenidən qurdu
22.10.2019
196 nizamsız miqrant tutuldu
22.10.2019
Tramp Türkiyəni sanksiyalarla hədələyib
22.10.2019
ABŞ-ın energetika naziri dekabrın 1-i istefaya gedəcək
22.10.2019
Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi Misirdə qeyd edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info