Dədə Qorqud abidəsinin açılışı olub
Tarix: 13.12.2013 | Saat: 23:59:00 | E-mail | Çapa göndər


Bakının Nərimanov rayonunda ucaldılan “Kitabi-Dədə Qorqud” abidəsinin və yeni salınan Dədə Qorqud parkının açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib. “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının tarixi keçmişini əks etdirən möhtəşəm sənət abidəsidir.
Əsərdə vətənpərvərlik, qəhrəmanlıq, müdriklik, Azərbaycan xalqının tarixi keçmişi, Oğuz türklərinin dünyagörüşü, mənəvi dəyərləri, adət-ənənələri, Azərbaycan toponimləri əks olunub. Dastan dilimizin qədim incəliklərini, tarixi hadisələri və şəxsiyyətləri, xalqımızın mədəniyyətini öyrənməkdə əvəzsiz mənbədir. Müasir dövrdə “Kitabi-Dədə Qorqud” dastanının öyrənilməsi, dünyada geniş tanıdılması və təbliği ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hələ 1975-ci ildə Heydər Əliyevin tapşırığına əsasən, Azərbaycanda tanınmış sənət xadimlərinin iştirakı ilə “Dədə Qorqud” bədii filmi çəkilib. Ulu öndər Heydər Əliyevin fərmanı ilə dastanın 1300 illiyi türkdilli ölkə rəhbərlərinin iştirakı ilə dövlət səviyyəsində qeyd olunub. Ümummilli lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı fərmana əsasən Bakıda Dədə Qorqud heykəlinin ucaldılması və “Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması qərara alınıb. Bu tarixi abidənin qorunmasına dövlət səviyyəsində göstərilən diqqətin nəticəsidir ki, Prezident İlham Əliyev 2004-cü ildə Brüsseldə Dədə Qorqud abidəsinin təntənəli açılışında iştirak edib. Dövlət başçısının 2007-ci ildə imzaladığı “Azərbaycandakı monumental heykəltəraşlıq abidələri, xatirə-memorial və memarlıq kompleksləri haqqında” sərəncama əsasən, Dədə Qorqud heykəli və “Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması ilə bağlı müvafiq tədbirlərin görülməsi haqqında tapşırıq verilib. Geniş tikinti və abadlıq işləri nəticəsində Bakının Nərimanov rayonunda 6 hektar ərazidə Dədə Qorqud parkı salınıb. Parkın mərkəzində “Kitabi-Dədə Qorqud” abidəsi ucaldılıb. Dövlət başçısı kompleksdə həyata keçirilən tikinti-quruculuq işlərini daim nəzarətdə saxlayıb, mütəmadi olaraq əraziyə gələrək müvafiq tapşırıq və tövsiyələrini verib. Yeni salınan park Bakı şəhərinin simasının daha da gözəlləşməsinə geniş imkanlar açaraq paytaxt sakinlərinin istirahəti baxımından xüsusi əhəmiyyət daşıyır. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Prezidentə park haqqında ətraflı məlumat verib. Dövlət başçısının Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən, bu ərazidə xüsusi layihə üzrə müasir səviyyədə yeni park salınıb. Bu istirahət məkanı paytaxtın ən böyük parklarından biridir. Parkda sakinlərin istirahəti üçün hər bir şərait yaradılmış, geniş yaşıllıq zolaqları salınmış, müasir standartlara uyğun işıqlandırma sistemi qurulub. Dədə Qorqud parkı həm də qədim Azərbaycan tarixinin və mədəniyyətinin açıq havada nümayişi meydanıdır. Park Azərbaycan Diplomatik Akademiyasının yanında salınıb. Burada ölkəmizin qədim tarixi və zəngin mədəniyyəti ilə bağlı toplanan məlumatlar şübhəsiz ki, şəhər sakinlərinin, qonaqların, xüsusilə də Azərbaycan Diplomatik Akademiyasının yerli və əcnəbi tələbələrinin informasiya almasında mühüm rol oynayacaq. Parkda yaradılan tanışlıqdan sonra Prezident mərasimdə iştirak edən elm, təhsil və mədəniyyət ictimaiyyətinin tanınmış nümayəndələri ilə görüşüb. Dövlət başçısı mərasimdə çıxış edib.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Məhrumiyyətlərdən çəkinməyən, hər bir təhdidə və təhlükəyə gedə bilən Heydər Əliyev bölünmə təhlükəsi qarşısında qalan bir dövləti yenidən qurdu
22.10.2019
196 nizamsız miqrant tutuldu
22.10.2019
Tramp Türkiyəni sanksiyalarla hədələyib
22.10.2019
ABŞ-ın energetika naziri dekabrın 1-i istefaya gedəcək
22.10.2019
Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi Misirdə qeyd edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info