Sona Vəliyeva: “Məmməd Araz əbədiyaşar şairdir”
Tarix: 14.12.2013 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


“Kaspi” qəzeti və Kaspi Təhsil Mərkəzinin təşkilatçılığı ilə Məmməd Arazın 80 illiyinə həsr olunmuş müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi və məqalələrin yer aldığı 600 səhifəlik “Haqqın var yaşamağa” adlı kitabın təqdimat mərasimi keçirildi.
Tədbirdə çıxış edən “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli bildirdi ki, qəzet silsilə xarakter daşıyan müsabiqələr elan edib. Onun sözlərinə görə, şair Məmməd Arazın 80 illiyinə həsr olunmuş müsabiqəyə yazıların qəbulu 2013-cü ilin aprelindən sentyabr ayına kimi davam edib: “Müsabiqəyə təqdim olunan məqalələrdə şairin ədəbi irsi təhlil olunmaqla yanaşı, publisistik fikirlər də yer alıb. Şair barədə bir sıra arxiv materialları və xatirələr də kitaba daxil edilib. Müsabiqəyə 80 yazı təqdim olunsa da, bunlarda 60-ı müsabiqəyə daxil edilib. Kitabda əsərləri dərc olunmuş təxminən hər iki nəfərdən birinə mükafat təqdim olunacaq. Ümumilikdə müsabiqənin fondu 10 min manat təşkil edir”.
“Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva bildirdi ki, müsabiqəyə təqdim olunun bütün yazılara münsiflər heyəti tərəfindən diqqətlə yanaşılıb və təhlil edilib. O, Məmməd Arazı əbədiyaşar şair kimi qiymətləndirdi: “Məmməd Araz İlahidən ona verilən xüsusi missiyasını yerinə yetirərək, bir millətin xüsusi məfkurəsini yaratdı. O, azərbaycançılıq məfkurəsini yaradan şairdir və azərbaycançılıq onun poeziyasının əsas qayəsi olub. Məmməd Arazın şeirləri hələ onun sağlığında folklorlaşmışdı ki, bu da onun dilindən gələn böyüklüyü göstərirdi. Mən inanıram ki, min illər keçsə də, Məmməd Araz poeziyası yaşayacaq və yeni nəsil bu poeziyadan bəhrələnəcək”. S.Vəliyeva onu da bildirdi ki, ən böyük şairlərin yaradıcılığının təhlili və tədqiqi illər keçdikcə “dağa uzaqdan baxıb böyüklüyünü dərk etmək” fikri ilə qoşalaşır: “Günlər ayları, aylar illəri bizdən uzaqlaşdırdıqca M.Araz poeziyasının məna yükü, məfkurə dərinliyi daha da aydın görünür. Sağlığında da, dünyasını dəyişdikdən sonra da hər sözündə, kəlməsində Azərbaycan əzəmətdə görünən neçə şairimizi saya bilərik? Elə onlardan biri və birincisi kimi göz önündə yenə də misraları sərhəd qayalıqları kimi sıralanan M.Araz dayanır. “Kaspi” qəzeti və “Kaspi” Təhsil Mərkəzinin elan etdiyi “M. Araz müsabiqəsi” nə təqdim olunan yazıların bir-birindən təsirli ifadələrindən həyəcanlanmamaq mümkün deyil. Tanınmış və ya ilk dəfə imzasını tanıdığım şəxslərin yazılarını diqqətlə və heyranlıqla oxudum. İndiyəcən şairin yaradıcığına müxtəlif aspektlərdən yanaşılaraq deyilməmiş, yazılmamış orijinal fikirlər toplusu M.Araz poeziyasının dərya kimi dərinliyini və tükənməzliyini sübut etdi”.
Millət vəkili, yazıçı Aqil Abbas Məmməd Arazı “millət atası” kimi xarakterizə edib: “Çünki o, övladlarına verdiyi dəyərlərdən min dəfə artıq bu xalqa, millətə dəyərlər bəxş edib. Bu millətin varlığı Məmməd Araz kimi dahilərin yaşamasından asılıdır”.
Sonda isə müsabiqənin qalibləri mükafatlandırılıb. Birinci yerə yazıçı-publisist Akif Əli layiq görüldü.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Sədərək rayonunda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib
21.10.2019
Son 5 ildə Azərbaycanda 14 mindən çox əkiz, 380-dən çox üçəm doğulub
21.10.2019
İnsan alverinə qarşı layihənin təqdimatı keçirilib
21.10.2019
“Qala Sığorta” növbəti sosial layihəsini həyata keçirib – FOTOLAR
20.10.2019
Lənkəranda gənclər üçün yeni layihənin icrasına başlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info