Mətbuat Şurası qəzet satışı ilə bağlı təkliflər hazırlayıb
Tarix: 14.12.2013 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


Mətbuat Şurası (MŞ) İdarə Heyətinin növbəti iclası keçirilib. Öncə Mətbuat Şurası sıralarına yeni üzvlərin qəbulu həyata keçirilib.
İclasda müzakirə edilən ikinci məsələ Mətbuat Şurasının qəzet yayımı ilə məşğul olan komissiyasının tövsiyələri əsasında hazırlanmış təkliflər olub. Öncə komissiyanın sədri, MŞ İdarə Heyətinin üzvü, Vüqar Rəhimzadənin təkliflərlə bağlı məruzəsi dinlənilib. Məruzədə bildirilib ki, qurumun üzvləri paytaxtın müxtəlif yerlərində qəzet satışı ilə bağlı vəziyyəti araşdırıblar. Mövcud istiqamətdə əlaqədar qurumlarla, o cümlədən yayım firmaları ilə təmaslar qurulub. İdarə Heyətinin üzvü, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli təkliflərdə Bakı şəhərində əlavə olaraq 1000-ə yaxın köşkün qoyulmasına dair fikir üzərində dayanıb. O bildirib ki, bu işi həyata keçirəcək yayım firmaları paytaxtı əhatə etmə məsələsinə diqqət yetirməlidirlər. Çünki təkliflərdən də göründüyü kimi, Bakının bir sıra rayonlarında, habelə kənd və qəsəbələrində qəzet satışı həyata keçirilmir. Digər çıxışçılar təklifləri dəstəkləyərək sənədə müəyyən əlavələrin edilməsini, konkretləşmələrin aparılmasını zəruri sayıblar. Qeyd olunub ki, Mətbuat Şurası təkliflərini yaxın günlərdə ölkə rəhbərliyinə təqdim edəcək. Təkliflərdə «Qasid» firmasının qəzetlərə borcu, qəzet yayımı ilə məşğul olan firmaların satışdan gələn gəlirdən yüksək faiz tutması, həyata keçirilməkdə olan abadlıq və quruculuq işləri ilə əlaqədar qəzet köşklərinin yerlərinin dəyişdirilməsi prosesinə diqqət yetirilməsi və digər məsələlər əksini tapıb, paytaxtın müxtəlif yerlərində yeni köşklərin qoyulmasının zəruriliyi əsaslandırılıb.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Məhrumiyyətlərdən çəkinməyən, hər bir təhdidə və təhlükəyə gedə bilən Heydər Əliyev bölünmə təhlükəsi qarşısında qalan bir dövləti yenidən qurdu
22.10.2019
196 nizamsız miqrant tutuldu
22.10.2019
Tramp Türkiyəni sanksiyalarla hədələyib
22.10.2019
ABŞ-ın energetika naziri dekabrın 1-i istefaya gedəcək
22.10.2019
Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi Misirdə qeyd edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info