Həbsxanaya “heroinli toyuq budu“ keçirmək istədilər
Tarix: 14.12.2013 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


İçərisində narkotik maddə yerləşdirilmiş toyuq budunun Qobustan həbsxanasına keçirilməsinin qarşısı alınıb
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan həbsxanasında saxlanılan məhkum Nazim Qafur oğlu Feyzullayevin yanına görüşə gəlmiş qohumu Roman Musayeviç Hüseynovun üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman toyuq budunun içərisində yerləşdirilərək gizlədilmiş ümumi çəkisi 0,258 qram olan narkotik maddə - heroin aşkar edilərək götürülüb.
Qeyd edək ki, 1975-ci il təvəllüdlü N.Feyzullayev Cinayət Məcəlləsinin 120.2.4 (Qəsdən adam öldürmə; xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (Qəsdən adam öldürmə; təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilib.
Fakt üzrə araşdırma aparılır.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Saatlıda minik avtomobili yanıb
22.10.2019
Vanuatuda 6.4 bal gücündə zəlzələ baş verib
22.10.2019
Bakıda elektrik cərəyanı bir gənci vuraraq xəsarət yetirib
20.10.2019
Ağsuda 32 yaşlı iki uşaq anası özünü fermada asıb
19.10.2019
Türkiyədə baş verən yol qəzasında rus mühəndislər həlak olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info