Londonda Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyi qeyd edilib
Tarix: 16.12.2013 | Saat: 14:31:00 | E-mail | Çapa göndər


Londonda fəaliyyət göstərən “Azərbaycan Evi” Mədəniyyət və Dostluq Mərkəzində bu mərkəzin və ölkəmizin Böyük Britaniyadakı səfirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, AXC parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun anadan olmasının 150 illik yubileyinə həsr edilmiş anım mərasimi keçirilib.
Tədbirdə Böyük Britaniyada yaşayan həmvətənlərimiz, ziyalılar, səfirliyin əməkdaşları iştirak ediblər.
“Azərbaycan Evi” Mədəniyyət və Dostluq Mərkəzi idarə heyətinin sədri Əli Təkin Atalar görkəmli dövlət xadimi Əlimərdan bəy Topçubaşovun uğurlu ömür yolundan bəhs edib.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov Əlimərdan bəy Topçubaşovun həyat və fəaliyyəti haqqında danışıb. Bildirilib ki, Əlimərdan bəy Topçubaşov Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkül tapmasında, beynəlxalq aləmin subyekti olaraq dünya dövlətləri tərəfindən tanınması və diplomatik münasibətlərinin qurulmasında böyük xidmətlər göstərmiş görkəmli ictimai-siyasi xadim olub.
Səfir Ə.Topçubaşovun Dumada çıxışı, Paris Sülh Konfransında ABŞ Prezidenti V.Vilsonla görüşünün siyasi əhəmiyyətindən danışıb, xarici tarixçi və yazıçıların görkəmli dövlət xadimi haqqında müsbət fikirlərini qeyd edib.
Səfir vurğulyıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı dövlətimizin başçısının görkəmli ictimai-siyasi xadimin fəaliyyətinə verdiyi böyük dəyərdir.
Çıxışlardan sonra Ə.Topçubaşovun həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Beynəlxalq Muğam Mərkəzində Sara Qədimovanın xatirə gecəsi keçirilib
21.10.2019
“30 yaşlı söz- Tural Turan 30“
21.10.2019
Musiqili Teatr Təbriz səfərinə hazırlaşır
20.10.2019
Müstəqillik Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında konsert keçirilib
20.10.2019
Vyetnamın məşhur caz qrupu Bakı Caz Festivalında çıxış edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info