“Təhsilimizin ulduzları” adlı tədbir keçirilib
Tarix: 16.12.2013 | Saat: 15:17:00 | E-mail | Çapa göndər


“Təhsilimizin ulduzları” adlı tədbir keçirilib. Tədbir Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin təşkilatçılığı ilə Mərkəzin Qafqaz Universitetinin Akt zalında keçirilib.Tədbirə respublikanın dövlət, hökumət nümayəndələri, millət vəkilləri, ictimai təşkilatların, kütləvi informasiya vasitələri nümayəndələri, valideynlər dəvət ediliblər. Tədbirdə Mərkəz tərəfindən lisey şagirdlərinin 2012-2013-cü tədris ilində xarici ölkələrdə keçirilən beynəlxalq fənn, layihə və respublika olimpiadalarında əldə etdikləri yüksək nəticələrə görə, türk liseylərindən, “Araz” hazırlıq kurslarından ali təhsil müəssisələrinə qəbulda 600-dən çox bal toplayaraq ayrı-ayrı universitetlərə qəbul olunmuş məzunlara xatirə hədiyyələri verilib.Eyni zamanda Qafqaz Universitetinə yüksək balla qəbul olmuş və Prezident təqaüdünə layiq görülmüş tələbələr mükafatlandırılıb. Tədbirdə çıxış edən Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva gələcəyimiz olan gənclərin belə uğurlarının şahidi olmaqdan fərh hissi keçirdiyini bildirib.
Beynəlxalq Təhsil Mərkəzinin idarə şurasının sədri Ənvər Özərən geniş çıxış edərək ümummilli lider Heydər Əliyevin xeyr-duası ilə fəaliyyətə başlamış, onun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində fəaliyyətini davam etdirən Çağ şirkətinin təhsil müəssisələrindən məzun olan gənclərin istər ölkə daxilində, istərsə də xaricdə Azərbaycan diasporundakı fəaliyyətlərindən də bəhs edib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Vilayət Eyvazovdan əmr: Yol polisində mühüm dəyişiklik
18.10.2019
Qazaxda “N” saylı hərbi hissədə tədbir keçirilib
18.10.2019
“Vətənin müdafiəsinə hazıram!” devizi altında növbəti tədbir Salyanda keçirilib
18.10.2019
Bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək
18.10.2019
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info