“Sən də QİÇS-ə yox de” layihəsi uğurla başa çatıb
Tarix: 16.12.2013 | Saat: 17:33:00 | E-mail | Çapa göndər


“Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sən də QİÇS-ə yox de” layihəsını uğurla başa çatdırıb. Bu barədə təşkilatdan bildirilib. Layihənin əsas məqsədi gənclər arasında QİÇS-ə qarşı maarifləndirmə, zərərli vərdişlərdən çəkindirmə, sağlam həyat tərzinin təbliği və bu sahəyə gənclərin diqqətinin artırılmasıdır.Təşkilatın sədri Tünzalə Cavadovanın verdiyi məlumata əsasən, “Sən də QİÇS-ə yox de” layihəsi Xaçmaz rayonunda 3 ay müddətində davam edib. Layihədə benefisiar kimi 9-11-ci sinif şagirdləri, rayonda yerləşən peşə litseyləri və digər ictimai təşkilatların üzvləri olan gənclər, ictimai-siyasi həyatda aktivlik göstərən gənclər və layihəyə marağı olan gənclər iştirak edib. Bu müddət ərzində Xaçmaz rayonunda gənclər arasında informasiya kompaniyası - sağlam həyat tərzi ilə bağlı təlimlər keçirilib.
Layihə çərçivəsində layihəyə cəlb olunanlar QİÇS problemi, narkomaniya bəlasının acı nəticələri haqqında məlumat alıblar. Müasir tibb nailiyyətləri ilə yanaşı milli-mənəvi dəyərlərimizin, tarixi ənənələrimizin yaxşı cəhətlərindən bəhrələnərək QİÇS-ə eləcə də narkomaniyaya qarşı müqavimət göstərməyin mümkünlüyünü öyrəniblər.
Təlimlərdə QİÇS-in yayılması yolları və ondan qorunma üsulları haqqında, eləcə də təhlükəsiz davranış haqqında məlumatlar verilib və şəhərin müxtəlif yerlərində məlumat bukletləri paylanılıb.
Təşkilat tərəfindən layihənin gələcəkdə də digər regionlarda həyata keçirilməsi və davalılığının təmin edilməsi nəzərdə tutulub.

İlkin




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Məhrumiyyətlərdən çəkinməyən, hər bir təhdidə və təhlükəyə gedə bilən Heydər Əliyev bölünmə təhlükəsi qarşısında qalan bir dövləti yenidən qurdu
22.10.2019
196 nizamsız miqrant tutuldu
22.10.2019
Tramp Türkiyəni sanksiyalarla hədələyib
22.10.2019
ABŞ-ın energetika naziri dekabrın 1-i istefaya gedəcək
22.10.2019
Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi Misirdə qeyd edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info