Koray Tarqay Penitensiar xidmət rəhbərliyi ilə görüşüb
Tarix: 16.12.2013 | Saat: 17:36:00 | E-mail | Çapa göndər


ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Tarqay Azərbaycanda diplomatik missiyasını başa vurması münasibətilə Penitensiar xidmət rəhbərliyi ilə görüşüb.
“Palitra” Penitensiar xidmətin saytına istinadən xəbər verir ki, Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev ATƏT-in Bakı Ofisi ilə əməkdaşlığın Penitensiar xidmət rəhbərliyinin daim diqqət mərkəzində və marağında olduğunu bildirib. Nazir müavini qonağa Penitensiar xidmətin fəaliyyəti, son dövrlər ərzində məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində davam etdirilən işlər barəsində məlumat verib, ATƏT-in Bakı Ofisi ilə Penitensiar xidmət arasındakı əməkdaşlığı çox yüksək qiymətləndirib.
Qeyd olunub ki, ATƏT tərəfindən həyata keçirilən başçəkmələr və monitorinqlərin nəticələrinin, eləcə də xidmət əməkdaşları üçün təşkil olunan treninq-seminarların Penitensiar xidmətin fəaliyyətinin səmərəliliyinin artırılmasında müsbət rolu var.
ATƏT-in Bakı Ofisinin diplomatik missiyasını başa vurmuş rəhbəri Koray Tarqay qəbula görə minnətdarlığını bildirərək, penitensiar müəssisələrlə bağlı komitənin fəaliyyəti üçün Penitensiar xidmət rəhbərliyinin yaratdığı şəraitə görə minnətdarlığını və Azırbaycandakı fəaliyyətindən məmnun qaldığını deyib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Dövlət başçısının müşavirədəki gənc kadrlarla bağlı tapşırığı hamıya nümunə olmalıdır-Professor Yusif Babanlı
18.10.2019
Prezident Rövşən Rzayevi qəbul edib
18.10.2019
Türkiyə-İran sərhədində atışma olub
18.10.2019
YAP-da Dövlət Müstəqillik Gününə həsr olunan yaradıcılıq sərgisi keçirilib
18.10.2019
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Qars şəhərində qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info