Adi və milli statuslu universitetlər necə müəyyənləşdiriləcək?
Tarix: 16.12.2013 | Saat: 17:40:00 | E-mail | Çapa göndər


Azərbaycanda bütün ali təhsil ocaqlarının iki qrupa bölünərək adi və milli statusun verilməsi və onlara qəbulun hansı formada aparılması ilə bağlı Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası arasında birgə müzakirə aparılıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirdi ki, bu məsələ təhsil naziri Mikayıl Cabbarovla müzakirə edilib. Hər il qəbul başa çatandan sonra ali məktəblərin hər bir ixtisas üzrə formalaşan keçid balının ictimaiyyətə təqdim olunduğunu deyən TQDK sədri bunları açıqladı: “Məsələn, “Riyaziyyat müəllimliyi” ixtisasına qəbul Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, o cümlədən regional universitetlərdə də aparılır. Ancaq həmin ixtisasa keçid balı universitetlər üzrə fərqlidir. Bu ballar da artıq universitetlərə olan tələbatın göstəricisidir və bizə universitetlərin potensialın necə formalaşması barədə fikir söyləməyə imkan verir”.
M.Abbaszadə qeyd etdi ki, ali məktəblərin göstəriciləri komissiya tərəfindən Təhsil Nazirliyinə təqdim olunacaq: “Təbii ki, onlar ali və milli statuslu universitetləri müəyyənləşdirəndə komissiyanın Təhsil Nazirliyinə təqdim etdiyi statistik məlumatları nəzərə alacaqlar”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
196 nizamsız miqrant tutuldu
22.10.2019
Tramp Türkiyəni sanksiyalarla hədələyib
22.10.2019
ABŞ-ın energetika naziri dekabrın 1-i istefaya gedəcək
22.10.2019
Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi Misirdə qeyd edilib
22.10.2019
Prezident Baş Nazirin müavini Əli Həsənovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib (YENİLƏNİB)

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info