Su ehtiyatlarının inteqrasiyalı idarə olunması mövzusunda təlim kursu
Tarix: 16.12.2013 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində Azərbaycan Hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyasının birgə həyata keçirdiyi “Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi” layihəsi çərçivəsində növbəti təlim kursu keçirilib. UNİCHECK MMC-nin təchizatçılığı ilə "Su ehtiyatlarının inteqrasiyalı idarə olunması" üzrə keçiriləcək təlim kursunun açılış mərasimində giriş sözü ilə universitetin rektoru, professor Saleh Məhərrəmov çıxış edərək universitetdə müxtəlif mövzulara həsr olunmuş bir neçə təlim kursunun uğurla reallaşdırılmasından bəhs edib. Qeyd olunub ki, regionun bütün dövlət strukturlarının və nazirliklərin əməkdaşlarını, habelə universitetin müxtəlif ixtisaslar üzrə müəllim və tələbələrini əhatə edən bu təlim kursları kadr hazırlığı baxımından mühüm əhəmiyyət kəsb edir. Rektor, çıxışında təlim kurslarının təşkilini muxtar respublika rəhbərliyinin dövlət idarəçiliyi sahəsində milli kadr potensialının artırılmasına, mütəxəssis hazırlığına növbəti qayğısı kimi qiymətləndirib. Ekspert təlimçi, UNİCHECK MMC-nin icraçı direktoru Aytən Poladova, su ehtiyyatları mühəndisi, hidroloq Dr.Laszo İritz çıxışlarında bu sahədə olan dünya təcrübəsi, təlim kursunda bəhs olunacaq mövzular barədə məlumat veriblər. İngilis dilində keçiriləcək təlim kursu 6 gün davam edəcək və sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Mina Qasımova
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Sədərək rayonunda “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib
21.10.2019
Son 5 ildə Azərbaycanda 14 mindən çox əkiz, 380-dən çox üçəm doğulub
21.10.2019
İnsan alverinə qarşı layihənin təqdimatı keçirilib
21.10.2019
“Qala Sığorta” növbəti sosial layihəsini həyata keçirib – FOTOLAR
20.10.2019
Lənkəranda gənclər üçün yeni layihənin icrasına başlanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info