Mədəniyyət və turizm naziri Şəkidə vətəndaşları qəbul edib
Tarix: 16.12.2013 | Saat: 18:27:00 | E-mail | Çapa göndər


Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dekabrın 16-da Şəki Olimpiya İdman Kompleksində Mingəçevir və Naftalan şəhərlərindən, Şəki, Balakən, Zaqatala, Qax, Ağdaş, Goranboy, Xocalı, Bərdə, Tərtər və Ağdam rayonlarından olan vətəndaşları qəbul edib.
Vətəndaşlar əvvəlcədən Mədəniyyət və Turizm Nazirliyinin mct@mct.gov.azelektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (Qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə, eləcə də rayon (şəhər) mədəniyyət və turizm şöbələrinə müraciət etməklə qəbula yazılıblar.
Nazirliyin müvafiq strukturları rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşların müraciətləri əsasən mədəniyyət müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, təmiri, fəxri adların verilməsi, kollektivlərin zəruri geyim və musiqi alətləri ilə təminatı, işlə təmin edilmə və digər məsələlərlə bağlı olub. Qəbula gələnlər, həmçinin Şəki şəhərində yumor festivalının keçirilməsi, Şəki rayonunun Fazıl kəndi ərazisindəki “Təpəbaşı” nekropolunda bərpa işlərinin tamamlanması, çövkən və digər milli atüstü oyunların inkişafı məqsədilə Qax rayonunun Zəyəm kəndində Atçılıq Mərkəzinin yaradılması, Ağdaş rayonunda Qarabəy karvansarayının bərpası, Tərtər rayonunun Kəbirli-Bayandur kəndində klub müəssisəsinin açılması məsələsini qaldırıblar. Bərdə rayonunun iri yaşayış məntəqələrində müasir tələblərə uyğun kitabxanaların, Naftalan şəhərində Turizm İnformasiya Mərkəzinin yaradılması, Balakən Rayon Mədəniyyət Mərkəzinin ixtisaslı kadrlarla təmin edilməsi, Zaqatalada beynəlxalq festivalın keçirilməsi, Şəki şəhərində 20 min nəfərə yaxın əhalinin yaşadığı “Yuxarıbaş” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində uşaq musiqi məktəbinin açılması, şəbəkə məhsullarının istehsalı və satışının dövlət sifarişi əsasında reallaşdırılması və digər məsələlərlə bağlı müraciətlər də səsləndirilib.
Nazir Əbülfəs Qarayev hər bir vətəndaşı diqqətlə dinləmiş, onların müraciətlərinin, təklif və təşəbbüslərinin operativ həll olunması üçün müvafiq göstərişlər verib.
Vətəndaşlar onlar üçün yaradılmış şəraitdən razılıqlarını bildiriblər.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
YAP radikal müxalifətin qanunsuz aksiyası ilə bağlı bəyanat verdi
19.10.2019
Mətbuat Şurası təhlükəsizlik məsələləri ilə bağlı jurnalistlərə müraciət ünvanlayıb
19.10.2019
Həmyerlimiz Türkiyədə keçirilən olimpiadada 3-cü yerə layiq görülüb
19.10.2019
Vilayət Eyvazovdan növbəti təyinat
19.10.2019
Milli Şuranın 19 oktyabr mitinqi təxirə salındı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info