Müharibə və əmək veteranları Heydər Əliyev Mərkəzində olublar
Tarix: 16.12.2013 | Saat: 18:36:00 | E-mail | Çapa göndər


Müharibə və əmək veteranlarından ibarət nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub.
Müharibə və əmək veteranları əvvəlcə Heydər Əliyev Muzeyində olublar. Veteranlara muzey barədə, burada ümummilli lider Heydər Əliyev və Azərbaycan haqqında toplanmış foto və video materiallar, müxtəlif eksponatlar haqqında məlumat verilib.
Bildirilib ki, 2013-cü ilin mayından fəaliyyət göstərən Heydər Əliyev Muzeyində Ümummilli Liderin həyatı və Azərbaycanın müxtəlif dövrlərini əks etdirən foto-video materiallar, nadir eksponatlar sərgilənir. Buradakı hər bir eksponat Heydər Əliyev irsinin və ümumilikdə Azərbaycan tarixinin öyrənilməsi baxımından əhəmiyyətlidir.
Veteranlara Muzeydə ulu öndər Heydər Əliyevin uşaqlığı, orta və ali məktəbdə təhsil aldığı illər, sovetlər dönəmindəki siyasi fəaliyyəti və müstəqil Azərbaycana rəhbərlik etdiyi illəri əhatə edən bölmələr, eləcə də burada nümayiş olunan media arxiv haqqında məlumat verilib. Qeyd edilib ki, Muzey uşaqdan böyüyə hər kəsin-yerli sakinlərin və qonaqların böyük marağına səbəb olur.
Veteranlar Muzeydə Azərbaycan tarixi və ümummilli lider Heydər Əliyevin xatirəsinin yaşadılmasının gələcək nəsillər üçün əhəmiyyətli olduğunu qeyd ediblər.
Qonaqlar daha sonra Heydər Əliyev Mərkəzi, buradakı sərgi zalları ilə də tanış olublar.




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Prezident daha bir Xalq artistinə ev verdi
18.10.2019
Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini sarsılmaz və əbədi etdi
18.10.2019
Masallıda 30-dan çox uşaq günərzi xidmətlərlə təmin edilir
18.10.2019
Azərbaycan əhalisinin gəlirləri 7 faizə yaxın artıb
18.10.2019
Gələn il Azərbaycanda pensiyaların orta aylıq məbləği 293 manat olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info