Strasburq meriyasının saytında Nizami Gəncəvi ilə bağlı məqalə yerləşdirilib
Tarix: 16.12.2013 | Saat: 18:38:00 | E-mail | Çapa göndər


Strasburq meriyasının internet səhifəsində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş sərgi haqda məqalə yerləşdirilib. Azərbaycanın Fransadakı səfirliyinin məlumatına görə, məqalədə bildirilir ki, Strasburqun Reyn sarayında “XII və XXI əsrləri birləşdirən universal körpü” layihəsi çərçivəsində Heydər Əliyev Fondu, Azərbaycanın Fransadakı səfirliyi, Alzas bölgəsinin mədəniyyət məsələləri üzrə regional idarəsi və Strasburq Universitetinin kitabxanası tərəfindən təqdim olunan sərgi üç ay müddətində tamaşaçıların üzünə açıq olacaq: “Sərgidə Nizami Gəncəvinin Heydər Əliyev Fondu tərəfindən fransız dilində nəşr edilmiş əsərləri ilə yanaşı, üzərində şairin poemalarının motivləri əsasında illüstrasiyaların əks olunduğu xalçalar, orta əsrlər Şirvanşahlar və Atabəylər dövrünə məxsus məişət əşyaları, pul vahidləri, qədim geyim nümunələri, saxsı qablar, gümüş məmulatlar, habelə şairin doğulub yaşadığı Gəncə şəhərinin qədim görüntüləri və müasir fotoları nümayiş etdirilir”.
Məqalədə sərginin vaxtilə Romada, Sankt-Peterburqda, Moskvada, Pekində və digər şəhərlərdə uğurla nümayiş olunduğu, aradan səkkiz əsrdən çox keçməsinə baxmayaraq şairin poemalarının öz aktuallığını itirmədiyi bildirilir. Qeyd olunur ki, Nizami Gəncəvinin əlyazmaları dünyanın bir çox nəhəng kitabxanalarında, o cümlədən Fransa Milli Kitabxanasında, Strasburq Universitetinin kitabxanasında, Londonun, İstanbulun, Vaşinqtonun, İranın kitabxanalarında, Sankt-Peterburqdakı Ermitaj muzeyində saxlanılır.
Yazıda Azərbaycandakı Ədəbiyyat muzeyinin Nizami Gəncəvinin adını daşıdığı, Gəncədə onun şərəfinə mavzoley ucaldıldığı, şairin həyat və yaradıcılığından bəhs edən filmin çəkildiyi, onun 870 illiyi ilə əlaqədar 2011-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi sərəncam imzaladığı, Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən əsərlərinin çap edildiyi və sərgidə nümayiş olunduğu da vurğulanır. Qeyd olunur ki, sərgi Azərbaycanı fransızlara yaxından tanıtmaq baxımından müstəsna əhəmiyyət daşıyır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.10.2019
Nizami Gəncəvinin “Yeddi gözəl” əsəri özbək dilində Daşkənddə çapdan çıxıb
18.10.2019
Tələbələr “YARAT”ın təşəbbüsü ilə təşkil olunan sərgini ziyarət ediblər
18.10.2019
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsinə qeydiyyat başa çatıb
18.10.2019
Parisdə Azərbaycan qadınına səsvermə hüququ verilməsinin 100 illiyi münasibətilə tədbir keçirilib
17.10.2019
Nəsiminin 650 illik yubileyi Türkiyənin Kocaeli şəhərində qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10921

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info