Dağıstan Teatrı “O olmasın, bu olsun” tamaşasını təqdim edib
Tarix: 16.12.2013 | Saat: 19:00:00 | E-mail | Çapa göndər


Dağıstan Teatrı “O olmasın, bu olsun” tamaşasını təqdim edib
Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrı 2013-cü ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olunmuş Qəbələdə qastrol səfərində olub.
Teatrın kollektivi Qəbələ Rayon Mədəniyyət Mərkəzində Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” musiqili komediyası əsasında səhnələşdirilmiş tamaşanı nümayiş etdirib.
Tamaşanın quruluşçu rejissoru Dağıstan Respublikasının Əməkdar Artisti, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Laləzar Hüseynovadır.
Tamaşada Məşədi İbad rolunu Dağıstan Respublikasının Əməkdar Artisti Əlimövsüm Abbasov, Rüstəm bəy rolunu Dağıstanın Əməkdar Artisti Əliyar Hüseynov, Sənəm rolunu Dağıstanın Əməkdar Mədəniyyət İşçisi Yaqut Xandadaşova ifa ediblər.
Bu aktyorlarla yanaşı, digər rolları ifa edən Sərxan Səmədovun, Hörmət Aslanovun, Mahir Məlikovun və Dinşah Abdulqafarovun da çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Beynəlxalq Muğam Mərkəzində Sara Qədimovanın xatirə gecəsi keçirilib
21.10.2019
“30 yaşlı söz- Tural Turan 30“
21.10.2019
Musiqili Teatr Təbriz səfərinə hazırlaşır
20.10.2019
Müstəqillik Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında konsert keçirilib
20.10.2019
Vyetnamın məşhur caz qrupu Bakı Caz Festivalında çıxış edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info