FHN –in səkkizinci ildönümü ilə əlaqədar mərasim keçirilib
Tarix: 16.12.2013 | Saat: 19:31:00 | E-mail | Çapa göndər


Dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının səkkizinci ildönümü və nazirlik sistemi işçilərinin peşə bayramı ilə əlaqədar mərasim keçirilib.
FHN-in mərkəzi aparatında keçirilən mərasim Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Sonra FHN-in fəaliyyətini əks etdirən film nümayiş etdirilib.
Əməkdaşları peşə bayramı münasibətilə təbrik edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov demişdir ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən Fövqəladə Hallar Nazirliyinin xidmətdə fərqlənən əməkdaşlarının fəxri adlara, orden və medallara layiq görülməsi, ali hərbi və xüsusi rütbələrlə təltif olunması dövlətimizin başçısının bu sahədə çalışanlara göstərdiyi xüsusi diqqət və qayğının bariz göstəricisi olmaqla, bizi daha məhsuldar fəaliyyət göstərməyə ruhlandırır.
Nazir deyib ki, ötən illər ərzində nazirliyin strukturunun optimallaşdırılması, onun texniki təchizatının və kadr potensialının gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib.
Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinə daim yüksək qiymət verdiyinə, göstərdiyi ali diqqət və qayğıya görə nazirliyin şəxsi heyəti adından Prezident İlham Əliyevə minnətdarlığını bildirən nazir, dövlətimizin başçısını əmin edib ki, ölkə əhalisinin və ərazilərinin təhlükəsizliyinin təminatı, maddi və mədəni sərvətlərimizin mühafizəsi, vətəndaşlarımızın firavan həyat və fəaliyyətinin təmin edilməsi kimi şərəfli vəzifələrin yerinə yetirilməsi üçün bundan sonra da kollektivin bütün qüvvə və bacarığı səfərbər ediləcək.
Mərasimdə Prezident İlham Əliyevin Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi və bir qrup əməkdaşın orden və medallarla təltif edilməsi haqqında sərəncamları oxunub.




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
196 nizamsız miqrant tutuldu
22.10.2019
Tramp Türkiyəni sanksiyalarla hədələyib
22.10.2019
ABŞ-ın energetika naziri dekabrın 1-i istefaya gedəcək
22.10.2019
Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi Misirdə qeyd edilib
22.10.2019
Prezident Baş Nazirin müavini Əli Həsənovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edib (YENİLƏNİB)

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info