Təzə bəylə gəlini toyda qarət etdilər
Tarix: 16.12.2013 | Saat: 19:55:00 | E-mail | Çapa göndər


Türkiyənin Adana şəhərində toy günü parkda şəkil çəkdirən təzə bəylə gəlinin maşınının şüşəsini sındıran oğrular sağdışın çantasını aparıblar.
Milli.Az İHA-ya istinadən bildirir ki, hadisə şəhərin Çukurova rayonundakı 100-cü Yıl məhəlləsində yaşanıb. Təzə bəy, 30 yaşlı Ünal Kara ilə gəlin, 28 yaşlı Nurcan Kara toy mərasimindən əvvəl Doğal Parka yollanıblar.
Onlar parkda şəkillər çəkdirmək istəyirdilər.
Bir qədər sonra isə gəlin sağdışına "Maşındakı bəzəklərimi gətirin, o bəzəkləri taxıb şəkillər çəkdirmək istəyirəm" deyib. Sağdış maşına tərəf gedəndə avtomobilin pəncərəsinin sındırıldığını və qızıl bəzəklərin olduğu çantanın oğurlandığını görüb.
Xoşbəxtlikdən, gəlinin əsas bəzəkləri yük yerindəki çantada idi. Həmin çantada isə 30 min lirə dəyərində qızıllar vardı.
"Şəhərimizdə sürəkli olaraq gəlin maşınları qarət olunur. Bu biabırçılığın qarşısı alınmalıdır. Biz maşında olsaydıq, başımıza nələr gələcəkdi?" - Ünal Kara polisdə bildirib.
Gəlin Nurcan Kara isə ağlayıb: "Həyatımın ən bəxtəvər gününü zəhər etdilər".
Noyabrın 4-də Adanadakı Merkez Parka yollanmış gəlinlə təzə bəyin avtomobilinin də şüşəsi sındırılmış, 20 min lilərik qızılları oğurlanmışdı.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Ağsuda 32 yaşlı iki uşaq anası özünü fermada asıb
19.10.2019
Türkiyədə baş verən yol qəzasında rus mühəndislər həlak olub
19.10.2019
Dövlət sərhədini pozan şəxslər saxlanılıb
19.10.2019
Tanzaniyada 40-a yaxın məktəblini ildırım vurub
18.10.2019
Masazırda evdən pul və qızıl oğurlayan şəxs saxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info