“Erməni gücü“ cinayətkar qrupunun üzvünə 8 il iş verildi
Tarix: 16.12.2013 | Saat: 20:57:00 | E-mail | Çapa göndər


Kaliforniya Federal Məhkəməsi ABŞ-dakı "Erməni gücü" cinayətkar qruplaşmasının üzvlərindən biri, 100 il həbs cəzasına məhkum ediləcəyi gözlənilən Karo Yerkanyanı 8 il müddətinə azadlıqdan məhrum edib. Bu barədə “RİA Novosti” məlumat verib.
Sentyabrda ABŞ-ın Ədliyyə Nazirliyi məlumat vermişdi ki, aralarında K.Yerkanyan da olmaqla ümumilikdə 59 nəfər onlara qarşı irəli sürülən soyğunçuluq, qarət, qətl, oğurluq, şantaj, dələduzluq, narkotik qaçaqmalçılığı və qanunsuz silah dövriyyəsi ilə bağlı ittihamlar üzrə günahlarını etiraf ediblər.
Ona qarşı irəli sürülmüş ittihamlar üzrə K.Yerkanyanı 100 ildən çox həbs cəzası gözləyirdi. Lakin məhkəmə müdafiə tərəfinin onun 8 il müddətinə azadlıqdan məhrum edilməsi, əlavə olaraq, həbsdən azad edildikdən sonra 5 il nəzarət altında olmaqla cəza verilməsi barədə ərizəsini təmin edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
02.07.2020
Rusiya koronavirus üçün dərman ixracına başlayıb
02.07.2020
Vikiçilərdən növbəti uğurlu layihə
02.07.2020
Erməni hökumətinin yeni qanunu sadə xalqa nə vəd edir?
02.07.2020
Rusiyada koronavirusa yoluxanların sayı 660 min nəfəri keçib
02.07.2020
İtaliya jurnalı Ermənistandakı acınacaqlı daxili siyasi vəziyyətdən yazır

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11542

1 Birinci vitse-prezident Mehriban Əliyeva hərbi qulluqçuları və veteranları Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib
2 İyulun 1-dən Rusiyanın 67 bölgəsi turist qəbul edəcək
3 Litvanın Birştonas şəhərində tar, kamança, qaval büstü qoyulacaq
4 “Dünyamızı qoruyaq: Türk dünyasının adət - ənənələri“
5 Ev şəraitində Xan kababı-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info