Vətəndaşlıq şüuru gücləndirilməlidir
Tarix: 16.12.2013 | Saat: 22:59:00 | E-mail | Çapa göndər


|

Bu gün Azərbaycan bütün əsas sahələr üzrə sürətlə inkişaf edir. Dünyəvi, demokratik, azad inkişaf yolu tutmuş Azərbaycan qabaqcıl idarəetmə forması və prinsiplərini əldə rəhbər tutub.
Ölkəmizdə sürətlə vətəndaş cəmiyyəti quruculuğu prosesi gedir, vətəndaş cəmiyyəti institutları artıq oturuşmağa başlayıb, digər postsovet ölkələrinə baxanda, bizdə bu institutlar daha güclü və funksionaldır. Həmçinin elektron hökumətin qurulması, məmur-vətəndaş münasibətlərinin daha yüksək səviyyədə məsələlərinə dövlət rəhbərliyi səviyyəsində ciddi diqqət yetirilir. Amma bir sıra hallarda bəzi məmurların neqativ davranışları ilə hələ də qarşılaşmaqdayıq. Bu isə bir daha yerlərdə məmur-vətəndaş münasibətləri məsələsinin aktual olduğunu büruzə verir...
Belə ki, məmurlar arasında hələ də vətəndaşa potensial ov kimi yanaşanları var. Elə buna görə də, kiminsə işi belə məmurun yanından düşürsə, özünü ya müharibə veteranı, ya şəhid ailəsi, ya qaçqın, ya məcburi köçkün, ya jurnalist.... kimi qələmə verir. Belə hallarda bəzən bir çoxları "Vətəndaşam" demir və demək də istəmir. Bu, artıq cəmiyyətin vətəndaşlıq şüurunun göstəricilərindən birinə çevrilib. Görünür, hələ də müvafiq qurumların, ələlxüsus vətəndaş cəmiyyəti institutlarının üzərinə bu barədə böyük işlər düşür... Xüsusilə də unutmaq lazım deyil ki, bu cür hallardan yararlanan bəzi “sosial parazit”lər - məsələn, “jurnalist” adı altında çıxış edən “reket jurnalistlər” vətəndaş-məmur münasibətlərinin sivil məcrada qurulmasına əngəl törədirlər. “Reket jurnalistlər” cəmiyyətdə hər kəs barədə ağızlarına gələni yazmaqdan əlavə, həm də normal vətəndaş kimi görünmək istəmirlər və qaydalara uyğun almalı olduqları hansısa sənədin alınmasında “hamıdan” önə düşməyə, hətta başqaları üçün bu barədə dəllallıq etməyə çalışırlar. Bu və bu kimi halları bəzi məmurlar nəzərdən qaçırmamalı və dövlət rəhbərliyinin məmurların qarşısında qoyduğu vəzifələrin öhdəsindən həmişə layiqli səviyyədə gəlməlidirlər.
Prezident 2020-ci ilə qədər Azərbaycanın inkişaf etmiş dövlətlər sırasına çıxmasını qarşıya məqsəd qoyub. Bunun üçün kifayət qədər potensial, iradə və göstəricilər var. Bu gün Azərbaycan iqtisadi baxımdan postsovet məkanında və ümumiyyətlə, regionda ən qüdrətli dövlətlərdən biridir. Ölkədə ən müasir infrastruktur yaradılır, sosial rifah, maaş, təqaüdlər və sosial müavinətlər artır və sair. Bunların müqabilində sözügedən məsələyə də diqqət yetirilməsi və bəzi məmurların kulturoloji səviyyəsinin yüksəldilməsi məqsədəuyğun olardı… Bununla yanaşı vətəndaşlıq şüurunun inkişafı ilə bağlı vətəndaş cəmiyyəti institutu olan media və eləcə də üçüncü sektor mütəmadi iş aparmalıdır. Görünür, bu barədə vətəndaşların yanaşmasında da korrektələrə xeyli dərəcədə ehtiyac var…




 
Müəllifin son yazıları

08.07.2014 Avtobus sürücüsündən ürkən turistlər...
01.11.2013 Ziyalı faciəsi…
14.10.2013 Sərdar Cəlaloğlu Əli Kərimli, İsa Qəmbər, Rəsul Quliyev kimiləri fakt qarşısında qoydu
19.09.2013 Eldar Namazov Rüstəm İbrahimbəyovu “baqaja qoydu”
03.09.2013 Platon şiə olub???

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
3 “Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
4 “Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
5 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info