Valideyn məsuliyyətinin artırılması ilə bağlı təkliflər paketi hazırlanıb
Tarix: 18.12.2013 | Saat: 23:29:00 | E-mail | Çapa göndər


Bakıda Fövqəladə Hallar Nazirliyinin (FHN) Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) ilə əməkdaşlıq çərçivəsində “Valideyn qayğısı - uşaqların təhlükəsizliyi” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə FHN-in Fövqəladə Halların Xəbərdar Edilməsi Baş İdarəsinin Fövqəladə halların monitorinqi və xəbərdar edilməsi İdarəsinin rəisi Məhbubə Mustafayeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, UNİCEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevard, AQUPDK, Uşaq Problemləri şöbəsinin müdir müavini Pərviz Əliyev, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirlikləri, QHT nümayəndələri iştirak edirdi.

A . Sofiyeva çıxışında bildirdi ki, il ərzində təbii və texnogen xarakterli fövqəladə hallar, ehtiyatsızlıqdan yaranan məişət hadisələri və bir sıra bədbəxt hadisələr nəticəsində uşaqlar arasında ölüm faktları qeydə alınır: “Bu faktların araşdırılması baş vermiş hallarda daha çox valideyn məsuliyyətsizliyi faktorunu üzə çıxarır və uşaqların təhlükəsizliyin təmin olunmasını, valideynlərin qarşısında duran bir növbəli məsələ kimi vacib edir”.
A.Sofiyeva onu da bildirdi ki, Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi valideyn məsuliyyətinin artırılması ilə bağlı təkliflər paketi hazırlayıb.
Onun sözlərinə görə, təkliflər paketinə uşaqların hüquqlarının müdafiəsi istiqamətində bir sıra məsələlər daxil edilib: “Təkliflər paketində küçə uşaqları, erkən nikah, uşaqların təhsildən yayınması, təbii və texnogen xarakterli hadisələrdə uşaqların zərər çəkməsi kimi məsələlər öz əksini tapıb. Bu hallarla bağlı araşdırmalara baxdıqda görürük ki, hadisələrin əksəriyyəti valideyn məsuliyyətsizliyinə görə baş verib. Düzdür, qanunvericiliyimizdə Ailə, İnzibati Xətalar Məcəlləsində bu kimi məsələlər öz əksini tapıb. Lakin görünür ki, qanunvericilikdə valideyn məsuliyyətinin artırılmasına ehtiyac var ki, onlar öz məsuliyyətlərini hiss etsinlər”. Sədr müavini həmçinin bildirdi ki, problem təkcə qanunvericiliklə həll edilə bilməz: “Problemi insanların diqqətini məsələyə çəkməklə həll etmək olar. Biz bu istiqamətdə müvafiq qurumları məsələyə koordinasiya etməklə daha çox nəticə əldə edə bilərik". A. Sofiyeva qeyd etdi ki, İnzibati Xətalar Məcəlləsində məsuliyyətsiz valideynlərlə bağlı cərimələr də tətbiq edilə bilər: "Xarici ölkələrə baxsaq, bir sıra ölkələrdə bu cür valideynlər üçün cərimələr tətbiq olunur. Biz də buna çalışırıq və yəqin ki, nəticəsini görəcəyik".

Ölkəmizdə 2 milyon 539 min 700 uşaq var

Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin müdir müavini Pərviz Əliyev isə çıxışında bildirdi ki, hazırda ölkəmizdə 2 milyon 539 min 700 uşaq var. 2007-2012-ci illərdə təbii və texnogen xarakterli hadisələrdə 61 uşaq həlak olub. Onun sözlərinə görə, 2006-2012-ci illərdə çimərlik mövsümlərində 79 uşaq suda batıb, 471 uşaq xilas edilib: “2012-ci ildə yanğınlar zamanı 150 uşaq təxliyə olunub. 2011-ci ildə yol-nəqliyyat hadisələri zamanı 76 uşaq, 2012-ci ildə 79, 2013-cü ildə 77 uşaq həlak olub”.

Hər gün dünyada 2200 uşaq avtomobil qəzasında dünyasını dəyişir

Fövqəladə Hallar Nazirliyi Fövqəladə Halların Xəbərdar Edilməsi Baş İdarəsinin Fövqəladə halların monitorinqi və xəbərdar edilməsi İdarəsinin rəisi Məhbubə Mustafayeva bildirdi ki, planetdə baş verən fövqəladə halların sayı son 20 ildə 2 dəfə artıb. Bu zaman 3 milyon insan həyatını itirib ki, onlardan da 1 milyonu uşaq olub. Onun sözlərinə görə, 2012-ci ildə Azərbaycanda müxtəlif səbəblər üzündən 1 yaşdan 14 yaşınadək 189 uşaq həyatını itirib, onlardan 106-sı 5-14 yaşında, 65-i 1-4 yaşında, 18-si isə 1 yaşınadək uşaqlar olub. O vurğuladı ki, ölüm hallarının 64-ü yol qəzası nəticəsində, 14-ü su hövzələrində, 37-si isə boğulma və cərəyanvurma halları ilə bağlı olub: “BMT Uşaq Fondu və Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, hər gün dünyada 2200 uşaq avtomobil qəzasında dünyasını dəyişir”.
Tədbirdə həmçinin fövqəladə hallarla bağlı valideyn məsuliyyətsizliyi faktorunun üzə çıxarılması, qeyd olunan istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi və maarifləndirmə kampaniyasının aparılması, eləcə də bu istiqamətdə əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələləri geniş müzakirə edildi.
Tədbir zamanı komitə tərəfindən hazırlanmış “Valideyn qayğısı - uşaqların təhlükəsizliyi” mövzusunda təqdimat da nümayiş olundu və mövzu ilə bağlı posterin təqdimatı oldu.
Qeyd olundu ki, komitə müvafiq dövlət, qeyri-hökumət və beynəlxalq təşkilatlar ilə əməkdaşlıq çərçivəsində mütəmadi olaraq uşaqların sağlamlığına təsir göstərən ekoloji, məişət və qida problemlərinin aradan qaldırılması, uşaqlara diqqətin daha da artırılması istiqamətində müzakirələr keçirir.
Nigar Abdullayeva








 
Bölməyə aid digər xəbərlər
21.02.2020
DTX Neftçala rayonunda vəzifəli şəxslərlə bağlı keçirilən əməliyyat barədə məlumat yayıb
21.02.2020
Azərbaycanda II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək
21.02.2020
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi İsrail səfiri ilə görüşüb
21.02.2020
Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Dənizli şəhərində silsilə tədbirlər keçiriləcək
21.02.2020
Bakı Şəhər İcra Hakimiyyətində Xocalı faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 “Bu ilin “Könüllü ili” elan olunması gənclərin inkişafı üçün böyük təkandır”
4 Münhen dərsi: Prezident bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!
5 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info