Qraçya Qalustyan: “Dünyada Ermənistana dövlət, Sərkisyana prezident kimi hörmət etmirlər”
Tarix: 18.12.2013 | Saat: 23:30:00 | E-mail | Çapa göndər


“Sərkisyanın atasının vəfatının üstündən bir neçə gün keçməsinə
baxmayaraq hələ də heç bir dövlət başçısı ona başsağlığı verməyib”


“Ermənistan prezidentinin atasının vəfat etməsi Serj Sərkisyan üçün faciəli haldır. Bu faciə ilə bağlı xarici dövlətlərdən Sərkisyana verilən başsağlığı bizim dövlətə olan münasibətin göstəricisi kimi də qəbul edilə bilər. Bizim xoşumuza gəlib-gəlməməyindən asılı olmayaraq Sərkisyan bizim dövlətin prezidentidir.
O, Ermənistan dövlətinin prezidenti statusunda dünya dövlətlərinin rəhbərləri ilə görüşlər keçirir, xarici dövlətlərə səfərlər edir, müxtəlif beynəlxalq forumlarda təmsil olunur. Serj Sərkisyan bizim dövlətin xarici siyasətini müəyyənləşdirən şəxsdir. Ölkənin gələcək inkişaf vektorlarını başqası yox, məhz Sərkisyan müəyyənləşdirir. O qərar verir ki, Ermənistan hansı istiqamətdə hərəkət etməlidir - Avropaya doğru yoxsa, Avrasiya İttifaqına. Doğrudur, o bu qərarları müstəqil şəkildə deyil, Kremlin təzyiqləri ilə qəbul edir, amma hər halda qərarı qəbul edən odur”. Bu fikirlər erməni ekspert Qraçya Qalustyanın son məqaləsində yer alıb. Ekspert məqaləsində qeyd edib ki, Sərkisyanın atasının vəfatının üstündən bir neçə gün keçməsinə baxmayaraq hələ də heç bir dövlət başçısı ona başsağlığı verməyib: “Deyəsən, heç o özü də heç kimdən başsağlığı məktubu gözləmir. Yəqin ki, Avropa İttifaqının liderlərindən belə bir məktub gözləmir. Fakt odur ki, Almaniya kansleri Angela Merkel, Polşa prezidenti Bronislav Komorovski, İsveçin baş naziri Frederik Reynfeldt Sərkisyana başsağlığı verməyiblər. Amma istəsəydilər verərdilər, amma fakt odur ki, verməyiblər. Xatırladaq ki, 2010-cu ildə həmin o Reynfeldt bu ölkə parlamentində qəbul edilən “soyqırımı” qətnaməsinə görə Türkiyənin baş nazirini telefonla arayaraq təəssüfləndiyini bildirmişdi. İsveçli baş nazir həmin vaxt telefon danışığında bildirmişdi ki, parlamentin qəbul etdiyi qətnaməyə baxmayaraq hökumət olaraq Türkiyə ilə münasibətlərin pozulmasına imkan verməyəcək və hər məsələdə Ankaranı dəstəkləyəcəklər. Serj Sərkisyanın ABŞ prezidenti Barak Obamadan da başsağlığı gözləməyinə dəyməz. ABŞ prezidenti belə məsələlərə bağlı imicmeykerləri ilə əmrlə danışmağa öyrəşib. Onlar isə Sərkisyana başsağlığı məktubu yazmağı artıq iş hesab edirlər. “Erməni soyqırımı”na “soyqırımı” deməyən prezidentdən belə məqamda başsağlığı gözləmək mənasızdır. Amma Serj Sərkiysanın Rusiya prezidenti Vladimir Putindən belə bir başsağlığı mesajı gözləməyə haqqı var. Ən azı ona görə ki, Sərkisyan həmişə təyyarə qəzaları və ya təbii fəlakət hadisəsi olanda Putinə ilk başsağlığı verən dövlət başçılarından biri olur. Putin isə Sərkisyana atasının vəfatından kədərləndiyini heç olmasa şifahi şəkildə ifadə etməyi belə, lazım bilmədi. Onun fikri indi Ukrayna məsələsinin yanındadır. Ermənistan prezidentinin hansı emosional vəziyyətdə olması onu maraqlandırmır. Xoşbəxtlikdən Türkiyə rəhbərliyi də Sərkisyana başsağlığı vermədi. Amma son prosesləri nəzərə alaraq verə bilərdilər. Vəziyyət belədir ki, bu gün dünyada Ermənistanı dövlət kimi saymırlar, onun prezidentinə isə heç kim hörmət etmir. Qərbdə diasporun gücü ilə hesablaşırlar, Ermənistana isə Rusiyanın vassalı kimi qəbul edirlər. Rusiya da elə davranır ki, Ermənistan haqqında olan bu düşüncə daha da möhkəmlənsin. Beləliklə, bizə ancaq özlərinə lazım olanda bir dəqiqəlik vaxt ayırırlar. Qalan vaxtlarda Ermənistan dövlət kimi heç kimə maraqlı deyil”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
Metroda 10 vaqondan ibarət iki qatar xəttə buraxılıb
22.08.2019
Goranboyda zəlzələ olub
22.08.2019
Böyük Britaniya Rusiya prezidenti haqda film çəkəcək
22.08.2019
Azərbaycan Ordusunun tam modernləşdirilmiş döyüş maşını
22.08.2019
Husilər Səudiyyə Ərəbistanın Hamis-Muşayt şəhərinə hücum edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info