Mattias Dornfeld: “Azərbaycan Cənubi Qafqazın çox güclü dövlətinə çevrilib”
Tarix: 18.12.2013 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


“Diplomatisches Magazin” jurnalının dekabr nömrəsində berlinli politoloq Mattias Dornfeldin Azərbaycanda prezident seçkilərinə və seçkidən sonrakı perspektivlərə həsr olunmuş məqaləsi dərc edilib. Məqalədə deyilir ki, zəngin enerji xammalı ehtiyatlarına malik olan Azərbaycan ölçülüb-biçilmiş strateji enerji siyasətinin, habelə Bakının iqtisadiyyatı şaxələndirməsinin köməyi ilə Cənubi Qafqazın iqtisadi cəhətdən çox güclü və inkişaf etmiş dövlətinə çevrilib.
Materialda deyilir: “1991-ci ildə SSRİ dağılandan sonra Azərbaycan Cənubi Qafqazdakı üç dövlət arasında ən geridə qalmış ölkə idi. O, Dağlıq Qarabağ müharibəsinin odundan-alovundan, onun ardınca daxili çəkişmələrdən keçib. Lakin bu gün onu demək olar ki, Azərbaycan sanballı modernləşdirmə yolu ilə qət edib. İlham Əliyev hökumətinin düşünülmüş siyasəti sayəsində qonşu regional və dünya dövlətləri ilə bu ölkənin heç bir problemi yaranmayıb. Bakı-Tbilisi-Supsa və Bakı-Tbilisi-Ceyhan neft kəmərlərinin inşa olunması sayəsində postsovet məkanından Avropaya və dünya bazarlarına uzanan neft kəmərləri üzərində Rusiya inhisarı ilk dəfə aradan qaldırılıb, “Cənub qaz dəhlizi” layihəsinin geostrateji əhəmiyyəti artıb. TANAP boru kəmərinin işə salınması ilə artıq bir neçə ildən sonra Avropa bazarlarına ilk dəfə xeyli həcmdə Azərbaycan qazı göndəriləcək”.
Dornfeld hesab edir ki, möhkəm iqtisadi təməl ölkə daxilində siyasi sabitlik, habelə Bakıdakı hökumətin qarşıya qoyduğu xarici-siyasi prioritetləri ardıcıl surətdə həyata keçirmək üçün ilkin şərtdir. Ölkə belə şəraitdə beşinci dəfə öz prezidentini seçib. Seçicilərin fəallığının yüksək - 72 faiz olduğu prezident seçkilərində dövlət başçısı İlham Əliyev səslərin 84,55 faizini toplayaraq qələbə qazanıb. Prezident kürsüsünə bütün qalan namizədlər 10 faizdən az nəticə göstəriblər. Beləliklə, İlham Əliyev başçılıq etdiyi hökumətin konstruktiv iqtisadi və xarici siyasətini davam etdirmək üçün qeyd-şərtsiz mandat alıb.
Məqalə müəllifi bu kontekstə seçkilər prosesinin yaxşı təşkil olunduğunu qeyd etməyi zəruri sayır. Robert Valterin və Pino Arlaççinin başçılığı ilə Avropa Şurası Parlament Assambleyasından və Avropa Parlamentindən olan 40 beynəlxalq müşahidəçi yekun bəyanatında bildiriblər ki, seçkilər günü ədalətli, azad və şəffaf səsvermə prosesi müşahidə olunub. Deputatların hesabatında göstərilir ki, səsvermə prosesinə təsir göstərmək cəhdlərinin qeydə alınmaması ilə bərabər, bütün seçki prosesi peşəkar səviyyədə və dinc şəkildə keçib.
Məqalədə deyilir: “Bu Xəzəryanı ölkə gələcəyini nə NATO, nə Gömrük İttifaqı, nə də onun bazasında yaradılan Avrasiya İttifaqı ilə bağlayır. Üstəlik, Aİ-yə daxil olmaq perspektivi də bu ölkəyə cəlbedici görünmür, çünki Azərbaycan həmin məsələdə Türkiyədən nümunə götürür və Ankaranın Aİ-nin tamhüquqlu üzvü olmasına mane olan əngəlləri tənqidi şəkildə müşahidə edir. Enerji resursları ilə zəngin olan Azərbaycan Brüsselin maliyyə transferlərindən asılı deyil”.






 
Bölməyə aid digər xəbərlər
19.02.2020
Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
18.02.2020
“Bu ilin “Könüllü ili” elan olunması gənclərin inkişafı üçün böyük təkandır”
13.02.2020
“Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
11.02.2020
Demokratı Hikmət Hacızadə olan müxalifət...
10.02.2020
“Paşinyan dövləti idarə etmək iqtidarında deyil”

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 “Bu ilin “Könüllü ili” elan olunması gənclərin inkişafı üçün böyük təkandır”
4 Münhen dərsi: Prezident bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!
5 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info