“İlin 9 ayı ərzində Ermənistanı 108 min nəfər tərk edib”
Tarix: 18.12.2013 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


Tatveik Bedcanyan: “Ermənistandan miqrasiya
edənlərin 30 faizini 26-35 yaş arasında olan şəxslər təşkil edir”


Cari ilin yanvar-sentyabr ayları ərzində Ermənistana gələnlərin sayı 1 milyon 780 min 160 nəfər olduğu halda gedənlərin sayı 1 milyon 888 min 165 nəfər təşkil edib. Deməli ilin 9 ayı ərzində Ermənistanı 108 min nəfər tərk edib. Bu rəqəmləri dünən Ermənistanın «İnsan ehtiyacı» ictimai təşkilatının miqrasiya proqramının rəhbəri Tatveik Bedcanyan
bildirib.

Ekspert bildirib ki, Ermənistanda miqrasiya ilə bağlı rəsmi qeydiyyat aparılmadığından bu məsələ ilə bağlı rəqəmləri ancaq ölkəyə gələnlərlə gedənlərin say nisbətindən əldə etmək olur. Onun sözlərinə görə Ermənistandan miqrasiya edənlərin 73 faizi Rusiyaya üz tutub. Növbəti sırada ABŞ və Ukrayna gəlir. Ən az gedilən dövlətlərin siyahısında Niderland, Belarus, Türkiyə, Belçika və Gürcüstanın adı var. Ölkədən gedənlərin 3/4-ünü kişilər təşkil edir. Gedənlərin 77 faizi kişilər, 23 faizi qadınlardır. Ermənistandan miqrasiya edənlərin 30 faizini 26-35 yaş arasında olan şəxslər təşkil edir. Gedənlərin əksəriyyəti orta təhsilli və orta ixtisaslı mütəxəssislərdir. Tatveik Bedcanyan bildirib ki, bank sistemi ilə həyata keçirilən pul transfertləri ÜDM-in 20 faizini təşkil edir. Ailələrin həmin pulun 90 faizi zəruri ehtiyaclarını ödəməyə sərf edirlər.
Anar




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Avropa Komissiyasının rəhbəri təcili xəstəxanaya yerləşdirilib
17.08.2019
Ermənistan vətəndaşları Gürcüstanda qəzaya düşüb, ölənlər var
17.08.2019
Prezident İlham Əliyev əfqanıstanlı həmkarını təbrik edib
17.08.2019
İran düyü ixracına qoyduğu qadağanı aradan qaldırıb
17.08.2019
Permdə avtobusun qəzaya uğraması nəticəsində 22 nəfər yaralanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
5 Azərbaycan polisi öz vəzifələrini əzmkarlıqla yerinə yetirir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info