O televizorları almayın
Tarix: 19.12.2013 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


Displeylərin diaqnostikası, sınağı və yoxlanılmasında ixtisaslaşan Display Mate şirkətinin rəhbəri Reymond Soneyra növbəti dəfə bəyan edib ki, gələcəkdə elektron qurğuların, xüsusilə televizorların təsvir ölçüsünün artırılmasının heç bir mənası yoxdur.
Milli.Az ICTnews-a istinadən bildirir ki, onun fikrincə, tezliklə istehlakçılar 4K təsvir ölçüsünün Full HD formatlı təsvir ölçüsündən üstün olmamasına əmin olacaqlar.
"4K təsvir ölçüsünə malik televizorlar bu gün bazarda təqdim olunandan yaxşı ola bilər, lakin bu, piksel sayı ilə bağlılığı olmayan texniki xüsusiyyətlərə aiddir", - R.Sonyera bildirib.
Digər mütəxəssislər də oxşar fikirdədir. Belə ki, Nyu-York Universitetinin neyrobioloqu Maykl Lendi ultrayüksək təsvir ölçüsünə malik televizorların istehsalını məqsədəuyğun hesab etmir.
Ekspertlər qeyd edirlər ki, əksər hallarda alıcılar Full HD və 4K televizorların göstərdiyi təsvir arasında fərqi seçə bilmir.
Xatırladaq ki, ötən il R.Soneyra smartfonlarla bağlı eyni fikri səsləndirib. Onun sözlərinə görə, alıcı 1080p və 720p təsvir ölçülü smartfonların ekranında təsvirin keyfiyyətindəki dəyişiklikləri hiss edə bilməyəcək.




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
ABŞ-da ticarət mərkəzindən 300-dən çox kirpi müsadirə edilib
17.08.2019
Günahsız məhbusa 1,3 milyon dollar təzminat ödənəcək
16.08.2019
Fransalı rahibə Avropanın ən yaşlı qadını oldu
16.08.2019
Qar dənələri ilə birlikdə plastik zərrəciklər də yağır
15.08.2019
İtaliyada lotereyada rekord uduş

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
5 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info