Mariam Rakviaşvili: “Şahdəniz” regionun iqtisadi inkişafına kömək edəcək”
Tarix: 19.12.2013 | Saat: 17:09:00 | E-mail | Çapa göndər


“Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin ikinci mərhələsinin reallaşdırılması regionun iqtisadi inkişafına kömək edəcək”. Bu barədə "Şərq Tərəfdaşlığı ölkələrinin ərazi əməkdaşlığının möhkəmləndirilməsinə yol: Azərbaycan-Gürcüstan ərazi əməkdaşlığı proqramı" adlı regional konfransda Gürcüstanın Avropa və Avroatlantik inteqrasiya nazirinin müavini Mariam Rakviaşvili bəyan edib.
Onun sözlərinə görə, "Şahdəniz-2" çox böyük layihədir və onun reallaşdırılması Azərbaycanla Gürcüstan arasında, o cümlədən energetika sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə kömək edəcək.
Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini Ruslan Rüstəmlinin tədbirdə qeyd edib ki, iki ölkə Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi iri enerji layihələri çərçivəsində fəal əməkdaşlıq edir. Öz növbəsində, "Şahdəniz-2" layihəsinin reallaşdırılması ölkələr arsında əməkdaşlığı daha da möhkəmləndirir və Gürcüstan ərazisindən Avropaya Azərbaycan qazının ixracını təmin edir.
R.Rüstəmlinin sözlərinə görə, Azərbaycan və Gürcüstan iqtisadiyyatın digər sahələrində də çalışırlar və nəqliyyat sahəsi, konkret olaraq isə Asiya-Avropa istiqamətinin inkişafına öz töhfəsini verəcək Bakı-Tbilisi-Qars dəmiryol layihəsi buna parlaq nümunədir.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Yeddi ayda 5 min tonadək süd idxal edilib
17.08.2019
Yeddi ayda 189 min tonadək meyvə-tərəvəz idxal olunub
17.08.2019
“Azeri Light”ın bir barrelinin qiyməti 62 dollara çatır
17.08.2019
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
16.08.2019
Qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri 37,6 milyon dollar olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info