Gənc insanların elmə gəlməsi üçün mühüm işlər görülməlidir
Tarix: 19.12.2013 | Saat: 17:20:00 | E-mail | Çapa göndər


Təhsil nazirinin müavini Ceyhun Bayramov doktorantların və gənc tədqiqatçıların XVIII respublika elmi konfransında çıxışı zamanı bildirib ki, bu gün ölkə başçısını və elmi ictimaiyyəti narahat edən məsələ onların elmi-pedaqoji kadrların yaş həddidir: “Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə Elmin inkişafı üzrə Milli Strategiya”da da qeyd olunub ki, respublika üzrə elmlər doktorlarının və elmlər namizədlərinin yaş hədləri dünya elmi ilə müqayisədə Azərbaycan elmində təhlükəli həddə gəlib çatan qocalma tendensiyalarından xəbər verir”. O bildirib ki, statistik rəqəmlərin təhlili maraqlı nəticələri ortaya çıxarıb. Nazir müavinin sözlərinə görə, keçən il Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində çalışan 9506 elmi-pedaqoji işçinin arasında 30 yaşa kimi elmlər doktoru olmayıb, fəlsəfə doktorlarının sayı isə cəmi 46 nəfər (0,48%) olub. C.Bayramov qeyd edib ki, mövcud elmi potensialın qorunub saxlanması və gənc kadrların hazırlanması ali təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdən biridir: “Doktorantların səmərəli fəaliyyət göstərməsi üçün ali məktəblərdə bir sıra tədbirlər həyata keçirilir. Gələcəkdə daha gənc insanların elmə gəlməsi üçün mühüm işlər görülməlidir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
10.08.2020
Prezident “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib
10.08.2020
Livanlı tarixçi: Livan ermənilərinin bütün livanlılar adından danışmaq hüququ yoxdur
10.08.2020
Şirvan şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi barəsində cinayət işi məhkəməyə göndərilib
10.08.2020
Sərt karantin rejimi tətbiq edilən şəhər və rayonlara giriş-çıxışa necə icazə veriləcək? - RƏSMİ
10.08.2020
İşçi sayına tətbiq edilən 50 faizlik məhdudiyyət ləğv edildi

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 İspaniyaya turist axını 70 faizdən çox azalıb
2 Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur
3 Statistika sahəsində hesabatlılığın səmərəliliyi artacaq, məlumatlardan istifadə imkanları sadələşəcək
4 Gürcüstanın turizm gəlirləri 80 faiz azalacaq
5 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info