Bakıda FAO-nun ofisi açılacaq
Tarix: 19.12.2013 | Saat: 20:08:00 | E-mail | Çapa göndər


Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələri Simone Borelli və Nadin Valla ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Bakıda FAO-nun tərəfdaşlıq və əlaqələndirmə ofisinin açılması ilə bağlı fikir mübadiləsi aparılmış, tərəflərin öhdəlikləri müzakirə edilib.
Nazir Heydər Əsədov FAO-nun Azərbaycan hökuməti ilə birgə indiyədək həyata keçirdiyi layihə və proqramların ölkədə ərzaq təhlükəsizliyinin gücləndirilməsinə və kənd təsərrüfatının inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib. Nazir gələcəkdə FAO ilə əməkdaşlığın daha da intensivləşdirilməsinin vacibliyini vurğulayıb, beynəlxalq təcrübənin Azərbaycana ötürülməsində təşkilatın mühüm rol oynaya biləcəyini vurğulayıb.
FAO-nun nümayəndələri əməkdaşlığın yeni müstəvidə davam etdirilməsinə və Azərbaycanda aqrar sektorun inkişafına dəstək verməyə hazır olduqlarını diqqətə çatdırıblar.
Daha sonra tərəflər Bakıda FAO-nun tərəfdaşlıq və əlaqələndirmə ofisinin açılması ilə bağlı texniki təfsilatları müzakirə ediblər.




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
500 nəfər əlilliyi olan şəxsə kiçik biznesini qurmaq imkanı yaradılır
21.08.2019
Bakıda yeni liftlərin quraşdırılması davam edir
20.08.2019
Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
20.08.2019
Azərbaycanın avtomobil bazarında qiymətlər necə dəyişəcək?
20.08.2019
Daha 185 şəhid vərəsəsinə birdəfəlik ödəmə verilməsinə dair qərar qəbul olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
2 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info