Ədəbiyyat İnstitutunun 80 illik yubileyinə həsr olunmuş kitab
Tarix: 19.12.2013 | Saat: 20:21:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun fəaliyyətinin 80 ili tamam olub. Bu münasibətlə “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi tanınmış ədəbiyyatşünas-alim, publisist Teymur Əhmədovun elm məbədinin 80 illiyinə həsr edilmiş monoqrafiyasını nəfis şəkildə, kütləvi tirajla çapdan buraxıb.
Kitabın redaktoru AMEA-nın müxbir üzvü Nizami Cəfərovdur.
Kitab ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Milli Elmlər Akademiyasının Azərbaycan zəkasının, ictimai-humanitar düşüncə tərzinin fundamental mərkəzinə çevrildiyini ifadə edən müdrik fikirləri ilə açılır.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadənin monoqrafiyaya yazdığı “Ön söz”də deyilir: “Bu elm ocağında xalqın şifahi və yazılı abidəsinin, zəngin klassik irsinin, müasir ədəbiyyatının və milli ədəbiyyatşünaslığın tədqiqi, nəşri və təbliği sahəsində tarixi əhəmiyyətli işlər görülüb”.
Kitabda ən qədim dövrlərdən başlayaraq bu günədək xalqımızın mifik-şifahi və yazılı ədəbiyyat nümunələrini toplayıb araşdıran, milli filoloji elmi-nəzəri düşüncəmizi ümumdünya ədəbi-bədii fikri ilə qarşılıqlı əlaqədə tədqiqata cəlb edib nəşrə hazırlayan bu elm və irfan ocağının keçdiyi inkişaf yolu Azərbaycan humanitar fikrini formalaşdırmış möhtəşəm alim-tədqiqatçılar nəslinin həyat və yaradıcılığı kontekstində işıqlandırılır. Zəngin arxiv materialları əsasında hazırlanmış kitabın özəlliyi institutun keçdiyi inkişaf yolunu nostalji məmnunluğu ilə izləməyə imkan verir.
Monoqrafiyanın “80 yaşlı elm ocağı” adlı bölməsində Yaxın Şərq arealında birinci “ədəbiyyat elmi” məbədinin ağrılı-acılı, həmçinin şərəfli inkişaf yolu işıqlandırılır. Müxtəlif illərin elmi-nəzəri və tətbiqi fikir zərurətindən yaranan, formalaşan, eləcə də zamana uyğun olaraq şaxələnən institutun struktur genişliyi, yeni-yeni şöbələrin yaradılması siyasətinin şərhi müvafiq elmi nailiyyətlər fonunda açıqlanır. Mövzunun bu istiqamətdə şərhi oxucuya 80 ilin mərhələlərindəki elmi zərurəti aydın qavramağa kömək edir.
Xalqımızın milli-mənəvi və ədəbi-bədii sərvətinin araşdırıcısı, həm də hamisi olan Ədəbiyyat İnstitutuna müxtəlif illərdə Azərbaycan filoloji düşüncəsində özünə layiqli yer titan ədəbiyyatçı-alimlər pleyadası rəhbərlik edib. Onların elmi imzalarından doğulan auranı bir daha duymaq üçün təkcə bu adlara diqqət yetirmək kifayətdir: Vəli Xuluflu, Heydər Hüseynov, Mirzə İbrahimov, Məmməd Arif, Məmmədağa Şirəliyev, Mirzəağa Quluzadə, Kamal Talıbzadə, Məmməd Cəfər, Əziz Mirəhmədov, Yaşar Qarayev, Vilayət Quliyev, Bəkir Nəbiyev, Məhərrəm Qasımlı, Teymur Kərimli, İsa Həbibbəyli. “Elm xadimləri” bölməsində Ədəbiyyat İnstitutu rəhbərlərinin yığcam elmi portretləri fədakar mübarizələrin filologiya elmi sahəsində xidmətləri barədə müəyyən təsəvvür yaradır.
Azərbaycan şifahi və yazılı ədəbiyyatının zəngin irsini, müasir ədəbi prosesi, tənqidi fikri və milli ədəbiyyatşünaslığı tədqiq, nəşr və təbliğ edən ayrı-ayrı şöbələrin fəaliyyəti kitabda ensiklopedik səpgidə şərh olunsa da, ümumiyyətlə, institutda elmi araşdırmaların müxtəlifliyi, vüsəti, zənginliyi barədə yaranan təsəvvür iftixar doğurur. AMEA-nın Ədəbiyyat İnstitutu müstəqil elm mərkəzinə çevrilib, beynəlxalq aləmdə layiqli tərəfdaş kimi tanınmaqdadır. Müstəqillik illərində beynəlxalq əlaqələrin genişlənməsi – kitab mübadiləsi, sərgilər, elmi simpoziumlar və s. bu cəhətdən diqqəti cəlb edir.
Kitabın “Ədəbiyyat İnstitutunun tarixindən səhifələr” adlanan son bölməsində 80 illik dövrdə ötən günlərin xatirələrini əks etdirən tarixi fotoşəkillər verilib.
İnstitutun elmi şurasında müdafiə olunmuş doktorluq və namizədlik dissertasiyalarının və elmi nəşrlərdən nümunələrin əlifba sırası və xronoloji ardıcıllıqla təqdimatı keçilən yolun mərhələlərini izləmək baxımından, həmçinin alim əməyinə ehtiram nümunəsi kimi diqqəti cəlb edir.




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17.08.2019
Kulinariya üzrə ustad dərslərinə başlanılır
17.08.2019
“Master və Marqarita” ekran əsəri Rusiyanın kino tarixində ən bahalı filmlərindən biri ola bilər
16.08.2019
Son söz...
14.08.2019
CBS və “Viacom” birləşmək qərarına gəliblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
5 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info