“Dördlər finalı” Bakıda keçiriləcək
Tarix: 19.12.2013 | Saat: 22:19:00 | E-mail | Çapa göndər


Qadın voleybolçular arasında Çempionlar Liqasının “Dördlər finalı”na ev sahibliyi edəcək komandanın adına aydınlıq gəlib. Qitənin ən nüfuzlu klub turnirinin həlledici qarşılaşması Bakıda keçiriləcək.
Bu haqda qərarı Avropa Voleybol Konfederasiyası (CEV) verib. Qurum dünən Lüksemburqdakı mənzil-qərargahında yarışa ev sahibliyi etmək istəyən klubların sifarişlərini nəzərdən keçirərək, “Rabitə”nin “Dördlər finalı”nın təşkilatçısı olmasını məqsədəuyğun sayıb. Yeri gəlmişkən, Azərbaycan çempionu qrup mərhələsini lider kimi başa vuraraq, pley-offa yüksəlib. Onlar keçirdikləri 6 oyunun hamısını qələbə ilə başa vurublar. “Dördlər finalı”na ev sahibliyi isə komandamızı 1/ 6 və 1/ 3 final mərhələsindən azad edib.
Onlar yarışda çıxışlarını Bakıda olacaq yarımfinaldan davam etdirəcəklər. Bundan başqa, onların ev sahibliyi “İqtisadçı”nın da pley-offa yolunu açıb. Komandamız ən yaxşı üçüncü yerin sahibi kimi Çempionlar Liqasında oynayacaq. “Dördlər finalı”nın “Bakı Kristal Hall”da baş tutacağı gözlənilir. Buna səbəb 2015-ci ildə olacaq I Avropa Oyunlarının voleybol yarışlarının məhz burada keçiriləcəyidir.




 
Bölməyə aid digər xəbərlər
23.02.2020
Vüqar Kərəmovdan Rizin “Gran Prix“ində möhtəşəm qələbə - FOTOLAR
23.02.2020
“Real“ uduzub, “Barselona“ yenidən liderliyə yüksəlib
23.02.2020
Azərbaycan taekvondoçuları 9 medal qazanıblar
22.02.2020
“Barselona”dan darmadağın - Messidən poker
22.02.2020
İngiltərə Premyer Liqası: “Çelsi” “Tottenhem”i məğlub edib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 “Bu ilin “Könüllü ili” elan olunması gənclərin inkişafı üçün böyük təkandır”
4 Münhen dərsi: Prezident bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!
5 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info