“Novoye Vremya”: “Gürcü katalikosu ermənilərin arzusunu gözündə qoydu”
Tarix: 19.12.2013 | Saat: 22:29:00 | E-mail | Çapa göndər


Artem Erkanyan: “İkinci İlyanın səyləri nəticəsində ermənilərin kompakt yaşadığı Axalkalaki bölgəsinə mer seçmək hüququ verilmədi”

Erməni diaspor təşkilatlarının aktiv şəkildə dəstəklədiyi plan baş tutmayıb. Söhbət Gürcüstanda yerli özünüidarəetmə ilə bağlı həyata keçiriləcək islahatlardan gedir. Bu haqda Ermənistanın “Novoye Vremya” nəşri məlumat yayıb. Yazının müəllifi Artem Erkanyan qeyd edir ki, Gürcüstan parlamenti Axalkalaki ermənilərini ikinci növ şəhər əhalisi elan edib. Onun yazdığına görə, mərkəzi hakimiyyətin bəzi səlahiyyətlərinin yerli orqanlara verilməsini nəzərdə tutan qanun layihəsi gürcü katalikosu İkinci İlyanın sayəsində reallaşmayıb.

Belə ki, katalikos bildirib ki, bu islahat ölkənin dağılması ilə nəticələnə bilər: “Qanun layihəsinin əleyhinə olanlar bildirirdilər ki, bu islahat paketi Samsxe-Cavaxetiya bölgəsində separatizmi gücləndirə bilər. Onlar məhz Cavaxetyia ilə bağlı məsələyə görə bu islahatın tam şəkildə həyata keçirilməsinin qarşısını alıblar. Onların səyləri nəticəsində ermənilərin kompakt yaşadığı Axalkalaki bölgəsinə mer seçmək hüququ verilmədi. Mərkəzi hakimiyyətin bəzi səlahiyyətlərinin yerli orqanlara verilməsi indiki hakim komandanın seçki zamanı əsas şüarlarından biri idi. Cavaxetiya erməniləri məhz bu məsələyə görə Bidzina İvanişvilinin komandasına səs veriblər. Başlanğıcda hər şey qaydasında gedirdi. Mart ayında hökumət yerli hakimiyyət orqanlarında aparılacaq islahatlar paketini açıqladı. Həmin paketə əsasən özünüidarəetmə konsepsiyası hazırlandı. Həmin konsepsiya yerli sakinlərin qərar qəbuletmə prosesinə daha çox cəlb edilməsini nəzərdə tuturdu. Bunu təmin etmək üçün mer seçkilərinin keçirilməsi planlaşdırılırdı. Konsepsiyasının müəllifləri mer seçmək hüququ olan şəhərlərin sayının 18-ə çatdırmağı təklif edirdilər. Hazırda bu səlahiyyət Tiflis, Kutaisi, Batumi, Rustavi və Qoridə var. Bu yanaşma Cavaxetiya ermənilərini təmin edirdi. Belə ki, hökumət mer seçkisini əhalisinin sayının 15 min nəfərdən çox olan bölgələrdə keçirilməsinin təklif edirdi. Son siyahıyaalmanın nəticələrinə əsasən Axalkalakidə 15 min 572 nəfər yaşayır. Ermənilərin kompakt yaşadığı bu ərazi də mer seçmək səlahiyyətinə yiyələnəcəkdi.

“Gürcüstan parlamenti Axalkalaki ermənilərini ikinci növ şəhər əhalisi elan edib”

Cavaxetiya erməniləri İvanişvilinin bu təkliflərini dəstəkləyərək onun komandasına səs verdilər. Amma ermənilərin istəyi baş tutmadı. Dekabr ayının 4-də patriarx İkinci İlya açıq şəkildə bəyan etdi ki, hökumət yerli özünüidarəetmə ilə bağlı kodeks qəbul edilməməlidir. İkinci İlya israrla tələb etdi ki, mərkəzi hakimiyyət güclənməli, vertikal şəkildə mərkəzi hakimiyyətə tabe olan əyalətlərin rəhbərləri Tiflisdən təyin edilməlidir. Kilsə xadimi iddia etdi ki, mərkəzi hakimiyyətin zəifləməsi ermənilərin kompakt yaşadığı bölgələrin itirilməsi ilə nəticələnə bilər. Bu açıqlama gürcülərə təsirsiz ötüşmədi. Onları qınamaq da olmur. Separatizm sözü Abxaziya və Cənubi Osetiyadan sonra onlarda qıcıq yaradır. Parlamentin sədri və baş nazir dərhal patriarxın ayağına gedərək onunla görüşdülər. Həmin görüşdən sonra regional inkişaf naziri David Narmaniya bəyan etdi ki, özünüidarəetmə ilə bağlı kodeksi təkmilləşdirilməyə ehtiyac var. Sonradan məlum oldu ki, hökumət İkinci İlyanın demək olar ki, bütün tələblərini nəzərə alıb və Cavaxetyia erməniləri üçün çox vacib olan məsələ artıq kodeksdə yoxdur. Parlamentin plenar iclasına təqdim edilən kodeks demək olar ki, bütünlüklə yenilənib. Yeni sənədə özünüidarəetmə orqanı olan şəhərlər arasında Axalkalikinin adı qeyd edilməyib. Beləliklə, aydın olur ki, gürcü katalikos sadəcə Cavaxetiya ermənilərinin real özünüidarətetmə orqanına sahibi olmasını istəməyib. Belə çıxır ki, 7 min 423 nəfər əhalisi olan Mçxeta mer seçə bilər, amma 15 min erməninin yaşadığı Axalkalaki yox. Axalkalakinin 2 min 400 nəfər əhaliyə malik və mer seçmək hüququ olan şəhər tipli Ambrolauri qəsəbəsindən nəyi əksikdir?. Əgər yeganə səbəb orada ancaq gürcülərin yaşamağıdırsa, onda bu, demokratiya yox, millətçilikdir. Qanun layihəsi parlamentdə ilk oxunuşda qəbul edilib. İkinci və üçüncü oxunuşdan sonra layihənin qəbul ediləcəyi və yeni ildən qüvvəyə minəcəyi şübhə doğurmur. Cavaxetiyadakı erməni fəal, “Gürcü arzusu”nun üzvlərindən olan Norik Karapetyan hesab edir ki, dəyişikliyə baxmayaraq yeni layihə siyasi cəhətdən fəal ermənilər üçün geniş imkanlar yaradacaq. Onunla razı olan “Çoxmillətli Gürcüstüan” təşkilatının rəhbəri Arnold Stepanyan hesab edir ki, bəzi dairələr bu məsələdə patriarxdan məqsədli şəkildə istifadə etdilər. Stepanyan hesab edir ki, bu məsələ ilə bağlı hakimiyyət daxilində razılaşma olub. “Erməni separatizminə qarşı mübarizə” belə situasiyalarda effekt verir. Stepanyana görə, Gürcüstan Daxili İşlər Nazirliyi erməni amilinə görə layihənin ilk variantda qəbul edilməsinə qarşı olub”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Ermənistan vətəndaşları Gürcüstanda qəzaya düşüb, ölənlər var
17.08.2019
Prezident İlham Əliyev əfqanıstanlı həmkarını təbrik edib
17.08.2019
İran düyü ixracına qoyduğu qadağanı aradan qaldırıb
17.08.2019
Permdə avtobusun qəzaya uğraması nəticəsində 22 nəfər yaralanıb
17.08.2019
Pakistanda sel və daşqınlar nəticəsində ən azı 7 nəfər ölüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
5 Azərbaycan polisi öz vəzifələrini əzmkarlıqla yerinə yetirir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info