Gələn il bölgələrdə daha 5 “ASAN xidmət” mərkəzi açılacaq
Tarix: 19.12.2013 | Saat: 22:45:00 | E-mail | Çapa göndər


Bakı Biznes Mərkəzində “ASAN” Könüllüləri Gənclər Təşkilatının I qurultayı keçirilib. Qurultayın açılış mərasimində Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edərək deyib ki, bu gün “ASAN xidmət” növbəti təşəbbüsə imza atır.
Bu tədbir gənclərin dövlət idarəçiliyində iştirakının bariz nümunəsidir. Artıq bir ildir ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə “ASAN xidmət” mərkəzləri fəaliyyət göstərir. İndiyədək mərkəzlərə 880 minədək insan müraciət edib və yüksək standartlara cavab verən müxtəlif xidmətlərdən yararlanıb. Şöbə müdiri bildirib ki, Prezidentin tapşırığı ilə ötən il Bakıda üç, Sumqayıtda bir “ASAN xidmət” mərkəzi istifadəyə verilib.
Gələn il bölgələrdə daha 5 “ASAN xidmət” mərkəzi açmağı planlaşdırırıq. Yaxın günlərdə isə Gəncə şəhərində yeni xidmət mərkəzi fəaliyyətə başlayacaq. “ASAN xidmət” mərkəzlərinin olmadığı regionların sakinləri səyyar xidmətlərdən yararlanıblar. Xüsusi avadanlıqla təchiz olunmuş səyyar avtobuslar 37 rayonu əhatə etməklə 60 mindən çox vətəndaşa səyyar xidmət göstərib. Xidmətlərin həyata keçirilməsində ən müasir texnologiyalardan istifadə edilib. Fuad Ələsgərov qeyd edib ki, “ASAN xidmət” müasir innovativ konsepsiya kimi bir sıra dövlətlərin və beynəlxalq təşkilatların diqqətini cəlb edib. “ASAN xidmət” xalqa xidmət sahəsində Azərbaycan brendinə çevrilib.
Diqqətə çatdırılıb ki, “ASAN xidmət” dövlət qulluğuna daha bir yenilik gətirib. Bu da elə ilk gündən dövlət orqanlarının fəaliyyətinə könüllülərin cəlb edilməsidir. Könüllülər “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinə intuziazmları və müasir dünyagörüşləri ilə müsbət enerji və töhfələrini veriblər. Azərbaycanın bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyini xatırladan Fuad Ələsgərov 2015-ci ildə ölkəmizdə keçiriləcək birinci Avropa Oyunları ilə bağlı proseslərə “ASAN” könüllülərinin də qoşulmalarının əhəmiyyətli olacağını bildirib. Şöbə müdiri əlavə edib ki, “ASAN” könüllülərinin qazandığı təcrübə onların belə tarixi əhəmiyyətli bir tədbirdə də könüllü qismində yaxından iştirak etmələrinə imkan verir. Diqqətə çatdırılıb ki, “ASAN xidmət” fəaliyyətə başladığı ilk gündən öz işinə könüllüləri cəlb edib. Bu fəaliyyət, həmçinin onlara ilkin əmək vərdişləri, gənc kollektivdə çalışmaq, dövlət orqanının işi ilə yaxından tanış olmaq şəraiti yaradır. “ASAN” Könüllüləri Gənclər Təşkilatının sədri Fərid Sadıxlı və qurumun baş katibi Vəfa Qubadova təqdimatla çıxış ediblər.
Sonda “ASAN” könüllülərinə “ASAN imza”lar təqdim olunub.




 
Bölməyə aid digər xəbərlər
08.12.2019
Əsgər İqor Rıskin: “Vətəni qoruyanların sırasında olmağımla qürurlanıram”
08.12.2019
Hansı partiyalar parlament seçkisində iştirak edəcək?
07.12.2019
Ümid Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək
07.12.2019
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar MSK nəzdində ekspert və işçi qrupları yaradılıb
07.12.2019
Seçilmək arzusunda olan vətəndaşlarımız müraciət edə bilərlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
3 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info