Azərbaycanda torpaq informasiya bankı yaradılır
Tarix: 19.12.2013 | Saat: 23:13:00 | E-mail | Çapa göndər


Azərbaycanda torpaq informasiya bankı yaradılır. Həmçinin elektron torpaq xəritələrinin tərtibi üzrə işlər də aparılır.
Bu sahədə Rusiya təcrübəsinə üstünlük verilərək, sözügedən ölkənin Elmlər Akademiyası Sibir Bölməsinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə beynəlxalq əməkdaşlıq əlaqələri qurulur. AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda (TAİ) keçirilən AMEA Aqrar Elmlər Bölməsi Bürosu və TAİ-nin birgə iclasında aparılan digər işlər haqda da məlumat verilib.
AMEA-dan bildirilib ki, iclasda AMEA Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd Salmanov ilk dəfə olaraq Avropa Birliyinin torpaq-coğrafi informasiya sistemi formatında Azərbaycan torpaqlarının rəqəmli verilənlər bazasının təklif olunduğunu, əldə olunmuş nəticələrin icmalının Avropa Komissiyasının rəsmi nəşrlər ofisi tərəfindən “Aralıq dənizi və Qafqaz ölkələrinin torpaq ehtiyatları” adlı kitaba daxil edildiyini vurğulayıb.
Akademik, həmçinin institutun torpaq təsnifatı, torpaq informasiya bankı, elektron torpaq xəritələrinin tərtibi sahəsində Rusiyanın Torpaq İnstitutu, torpaqların meliorasiyası və rekultivasiyası sahəsində Rusiya Kənd Təsərrüfatı Akademiyası Ümumrusiya Elmi Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutu ilə beynəlxalq əməkdaşlıq əlaqələrindən söz açıb.
Fuad




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Avropa Komissiyasının rəhbəri təcili xəstəxanaya yerləşdirilib
17.08.2019
Ermənistan vətəndaşları Gürcüstanda qəzaya düşüb, ölənlər var
17.08.2019
Prezident İlham Əliyev əfqanıstanlı həmkarını təbrik edib
17.08.2019
İran düyü ixracına qoyduğu qadağanı aradan qaldırıb
17.08.2019
Permdə avtobusun qəzaya uğraması nəticəsində 22 nəfər yaralanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
5 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info