Ərdoğan: “Bu məsələ sonuna qədər araşdırılacaq”
Tarix: 19.12.2013 | Saat: 23:25:00 | E-mail | Çapa göndər


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkəsində korrupsiya və qaçaqmalçılıq ittihamı ilə bir qrup məmurun və üç nazirin övladının həbs edilməsinə münasibət bildirib. Baş nazir keçirilmiş əməliyyat barədə hökumətin məlumatlandırılmamasının qəbuledilməz olduğunu
deyib.

O, bu əməliyyatı keçirənlərin özlərini “dövlət içində dövlət” kimi aparmaq iddiasında olduqlarını bildirib. Keçirilmiş əməliyyatın həm xarici, həm də daxili qüvvələrin işbirliyinin nəticəsi olduğunu deyən baş nazir “bununla bağlı həm təsbitimiz, həm də təxminlərimiz var. Sonuna qədər araşdıracağıq, atamızın oğlu olsa belə, dinləməyəcəyik” deyə bildirib. Ərdoğan keçirilmiş əməliyyatın məqsədlərinin dövlət banklarına zərbə vurmaq, hökumət və onun üzvlərini gözdən salmaq olduğunu bildirib. Baş nazir qeyd edib ki, bu əməliyyat çərçivəsində bəzi hökumət üzvlərinin özlərinin və ailə üzvlərinin adının hallandırılması məsələsi də sona qədər araşdırılacaq: “Biz bunu müxalifət dediyi üçün etmirik. Öz nüfuzumuz və xalq qarşısında hesabat vermək üçün edəcəyik”. Baş nazir bəzi mətbuat orqanlarını da məsələyə qərəzli yanaşmaqda ittiham edib. Türkiyə mətbuatının məlumatına görə, korrupsiya əməliyyatında adı hallanan 4 nazirin həbsinə hazırlıq görülür. Bununla bağlı nazirlərin toxunulmazlığının ləğv olunması üçün prokurorluq tərəfindən Böyük Millət Məclisinə təqdimat hazırlandığı iddia olunur.




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
İndoneziya prezidenti ölkənin paytaxtını dəyişmək istəyir
17.08.2019
Myanmada torpaq sürüşmәsi nәticәsindә hәlak olanların sayı 69 nәfәrә çatıb
17.08.2019
Çin tarixdə ilk dəfə olaraq kosmosa 3 peyk göndərib
17.08.2019
ABŞ və Gürcüstan arasında hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq
17.08.2019
ABŞ Prezidenti Cammu və Kəşmir məsələsinin dialoq yolu ilə həllinə çağırıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info