Putin: “Ukrayna AB standartlarını qəbul edərsə, Rusiyaya heç nə sata bilməz”
Tarix: 19.12.2013 | Saat: 23:33:00 | E-mail | Çapa göndər


“Biz assosiasiyaya qarşı deyilik, lakin öz iqtisadiyyatımızı müdafiə etmək məcburiyyətindəyik”. Bu sözləri Rusiya prezidenti Vladimir Putin keçirdiyi mətbuat konfransında deyib. Rusiyanın Ukraynaya satdığı təbii qazın qiymətini aşağı salması və bu ölkəyə kredit verməsinin səbəblərindən danışan V. Putin bildirib ki, əsas səbəb mürəkkəb iqtisadi vəziyyətlə üzləşən Ukrayna xalqına dəstək verməkdir:
“Bu gün biz görürük ki, Ukrayna mürəkkəb iqtisadi və sosial-siyasi vəziyyətlə üzləşib. Biz yaxın qohum kimi davranmalıyıq və Ukrayna xalqına dəstək olmalıyıq”. V. Putin Rusiyanın bundan əvvəlki Yuliya Timoşenko hökuməti ilə də fəal işlədiyini söyləyib. O, Ukraynanın Rusiya və Avropaya eyni miqdarda mal satdığını, lakin bu iki tərəfin iqtisadi strukturlarının fərqli olduğunu vurğulayıb: “Biz assosiasiyanın əleyhinə deyilik, lakin öz iqtisadiyyatımızı müdafiə etmək məcburiyyətindəyik. Əgər Ukrayna AB-nin texniki standartlarını qəbul edərsə, o, Rusiyaya heç nə sata bilməz”. Putin deyib ki, Ukraynadakı hazırkı siyasi böhran Avropa Birliyinə birləşməklə deyil, daxili siyasi mübarizə ilə əlaqədardır. Onun sözlərinə görə, bu yaxınlaradək hakimiyyətdə olan adamlar hökuməti AB ilə assosiativ üzvlük haqqında saziş imzalamağa məcbur etmək istəyirlər: “Cənab Yatsenyuk xarici işlər naziri və Ali Radanın rəhbəri olub, Timoşenko baş nazir, Yuşşenko prezident olub. Bəs niyə onlar hakimiyyətdə olduqları zaman Avropa Birliyinə birləşmək haqqında sənədləri imzalamayıblar? Axı onlara heç kim mane olmurdu. Götürüb kağızları imzalayardılar və bugünkü problemlər də olmazdı. AB ilə assosiativ üzvlük haqqında saziş daxili siyasi mübarizə üçün yalnız bir bəhanədir”. V.Putin qeyd edib ki, bu mübarizədə kimin qalib gəlməsindən asılı olmayaraq, Rusiya Ukrayna xalqının maraqlarına uyğun olan formatda rəsmi Kiyevlə əməkdaşlıq edəcək.

“Edvard Snoudendən məlumat almağa
cəhd etməmişik”

Putin mətbuat konfransında deyib ki, Rusiya ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snoudendən ABŞ kəşfiyyatının Rusiya istiqamətində fəaliyyətinin detalları haqda məlumat almağa cəhd etməyib: “Sizə peşəkar dildə deyim: operativ planda biz onunla işləmirik və heç vaxt işləmədik. Biz ona vaxtilə çalışdığı xidmətdə Rusiya istiqamətində nələr edildiyinə və necə edildiyinə dair suallarla müraciət etmirik. V. Putin E. Snoudenə kömək etmədiklərini və mane olmadıqlarını, sadəcə, ona sığınacaq verdiklərini bildirib. Onun sözlərinə görə, casusluq hər zaman olub: “Casusluq dünyanın ən qədim peşələrindən biridir. Bununla belə, onun mənfi tərəfləri də var. Ona görə də bu və ya digər dərəcədə aydın olan qaydalar və müəyyən razılaşmalar, o cümlədən mənəvi aspektdə vacibdir. Xüsusi xidmət orqanlarının iştahalarını məhdudlaşdırmaq, müəyyən qaydalar tətbiq etmək lazımdır. Terrorçu ilə mübarizə üçün təkcə onun özünü yox, həm də bütün əlaqələr sistemini izləmək lazım gəlir”.

Rusiya Gürcüstanla vizasız rejimə
qayıda bilər


Putin deyib ki, Rusiya Gürcüstanla vizasız rejimə qayıda bilər: “Bu, münasibətlərin normallaşdırılması istiqamətində çox yaxşı addım olardı, insanlar arasında təmaslara, sahibkarlara kömək edərdi və münasibətlərin fundamental şəkildə tam normallaşması üçün şərait yaradardı”. Putin qeyd edib ki, Rusiya və Gürcüstanı dərin mədəni, mənəvi, dini yaxınlıq birləşdirir: “Yaranan problemlər bizim günahımız deyil. Hərbi əməliyyatları biz başlamadıq. Hazırda müəyyən reallıqlar formalaşıb. Lakin biz yeni Gürcüstan hökumətinin verdiyi siqnalları görürük”. Rusiya prezidenti Gürcüstan hökumətinə şəxsi münasibətinin dəyişdiyini, gürcü xalqına münasibətinin isə hər zaman yaxşı olduğunu söyləyib: “Hətta hərbi əməliyyatlar gedəndə gürcü xalqına ən xoş münasibətimiz olub”.

Xodorkovski əfv olunacaq

Rusiya prezidenti mətbuat konfransında bəyan edib ki, “YUKOS”un keçmiş rəhbəri Mixail Xodorkovski əfv ərizəsi yazıb, yaxın vaxtlarda müvafiq fərman imzalanacaq: “O, humanitar xarakterli səbəblərə əsaslanır, yaxın vaxtlarda bu vəsatət təmin olunacaq”. Putin onu da bildirib ki, Kalininqrad vilayətində “İskender” komplekslərinin yerləşdirilməsi Rusiyanın nüvə potensialına təhlükələrə reaksiya verməyin elementlərindən biridir. Onun sözlərinə görə, ABŞ-ın Avropada yerləşdirdiyi Raket Əleyhinə Müdafiə Sistemləri Rusiya və onun nüvə potensialı üçün təhlükə törədir: “Biz bu və ya digər şəkildə buna reaksiya verməli idik. “İskender” də mümkün cavab elementlərindən biridir”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
17.08.2019
Ermənistan vətəndaşları Gürcüstanda qəzaya düşüb, ölənlər var
17.08.2019
Prezident İlham Əliyev əfqanıstanlı həmkarını təbrik edib
17.08.2019
İran düyü ixracına qoyduğu qadağanı aradan qaldırıb
17.08.2019
Permdə avtobusun qəzaya uğraması nəticəsində 22 nəfər yaralanıb
17.08.2019
Pakistanda sel və daşqınlar nəticəsində ən azı 7 nəfər ölüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10858

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
4 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
5 Azərbaycan polisi öz vəzifələrini əzmkarlıqla yerinə yetirir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info