İtaliyanın “Limes” nəşri: “Azərbaycan Avropa üçün enerji mənbəyidir”
Tarix: 24.12.2013 | Saat: 00:03:00 | E-mail | Çapa göndər


Massimo Nikolaççi: “ARDNŞ bu gün Yunanıstanın qaz şəbəkəsini 400 milyon dollara ala, İsveçrədə öz brendi ilə yanacaqdoldurma məntəqələri istifadəyə verə bilən şirkətə çevrilib”

İtaliyanın “Limes” nəşrində Azərbaycanın təbii ehtiyatlarının Avropaya ixracı ilə bağlı məqalə dərc edilib. Massimo Nikolaççi məqaləsində Karlo Frappi və Matteo Verdinin “Azərbaycan Avropa üçün enerji-Xəzərin enerji ehtiyatlarının tarixi, iqtisadiyyat və geosiyasət” adlı kitabından istifadə edib. “Bakıdan Piriney yarımadasına: Azərbaycan Avropa üçün enerji mənbəyidir” adlı məqalədə müəlliflərin “Azəri-Çıraq-Günəşli” yatağı ilə bağlı imzalanan müqavilədə iştirak məqsədilə Bakıya etdikləri səfərdən söhbət açılır.

Qeyd edilir ki, təxminən 100 il əvvəl Azərbaycanın təbii resurslarının işlənməsinə başlanılıb: “Nobel Brothers” şirkəti sənaye üsulu ilə neft istehsalına başladı və gəlirin 12 faizi Nobel mükafatı üçün yaradılan fonda köçürüldü. 1904-ci ildə Amerikadan kənar ilk neft kəməri - Bakı-Batumi kəməri çəkildi. Kəmərin çəkilməsini Rotşild maliyyələşdirdi. İlk neftdaşıyan gəmi - “Murex” 1892-ci ildə qanunsuz olaraq Süveyş kanalına daxil oldu ki, Azərbaycan neftini Şərqə doğru daşıya bilsin. Əgər “Murex” olmasaydı, biz heç vaxt “Şell” haqqında eşitməzdik. Sonradan bolşevik inqilabı oldu və Qərblə əlaqələr kəsildi, amma neftin çıxarılması davam etdi. Sovet hökumətinin vaxtında bütün problemlər dondurulmuş vəziyyətdə saxlanmışdı. Sovetlər dondurma kamerasına bənzəyirdi. Sovetlər dağılan kimi bütün problemlər, o cümlədən münaqişələr üzə çıxdı. Donun açılması Dağlıq Qarabağ münaqişəsinin yaranmasına, stabilliyin pozulmasına səbəb oldu. “Əsrin müqaviləsi”nin imzalanması iqtisadi inkişaf və sabitlik yolunda ilk addım oldu”. Müəlliflər qeyd ediblər ki, həmin vaxt Bakıda köhnə, şəraiti olmayan oteldə qalıblar. Təxminən bir il sonra Bakıda və Almatıda “Hyatt” otelinin açılışı olub. Həmin dövrün Azərbaycanını və Azərbaycan Dövlət Neft Şirkətini (ARDNŞ) indiki vəziyyəti ilə müqayisə edən müəllif yazır ki, hazırda ARDNŞ-də 65 min nəfər işləyir. Şirkətin dəyəri təxminən 20 milyard dollar qiymətləndirilir: “ARDNŞ bu gün Yunanıstanın qaz şəbəkəsini 400 milyon dollara ala, İsveçrədə öz brendi ilə yanacaqdoldurma məntəqələri istifadəyə verə bilən şirkətə çevrilib. Ölkənin belə iqtisadi inkişafı neft zənginliyi ilə bağlıdır. Xəzərin sahilində baş verən dəyişikliklər inanılmazdır”. Məqalədə qeyd edilir ki, lazımi infrastruktur yaratmadan neft-qaz ehtiyatlarını ixrac etmək, dünya bazarına çıxarmaq mümkün deyil: “Xəzərin sahilində infrastruktur yaratmağın ciddi çətinlikləri var. Bakı-Ceyhan Azərbaycan neftini açıq dənizə çıxaran ilk böyük regional layihə oldu. Zəngin ehtiyatlara rəğmən, layihəni reallaşdırmaq baha başa gəlirdi. Daha sonra BP “Amoco” ilə birləşərək “amerikalı” oldu. Amerika gəldi. Bundan sonra Bakı-Ceyhan əsrin ən prioritet layihəsi oldu. Dövlət Deparatmentinin dili ilə desək, bu layihə Rusyia təsirini azaltmağa hesablanmışdı və bu, baş verdi. Layihənin reallaşmasında siyasi təkanlar böyük rol oynadı. Neftə çıxış əldə etdikdən sonra, növbə qaza çatdı. İnfrastruktur olmadan qazı bazara çıxarmaq mümkün deyil. Qazın mənbəyindən onu istehlak edəcək ölkəyə qədər kəmərin çəkilməsinə ehtiyac var. İlk başda hamı “Nabucco” haqqında danışırdı. Hamı kəməri tərifləyirdi, amma heç kim fikirləşmirdi ki, həmin kəmər hansı qazla doldurulacaq, kəmərin çəklməsini kim maliyyələşdirəcək və s”. Məqalədə qeyd edilir ki, Avropada mavi yanacağa olan tələbatın artması bir sıra layihələrin gündəmə gəlməsinə səbəb olub. Azərbaycan isə öz mavi yanacağını Avropa bazarına çıxarmaq üçün TAP layihəsini seçib. Bu kəmər sırf Azərbaycan qazını satmaq üçün nəzərdə tutulsa da, gələcəkdə digər istehsalçılarla da rəqabət aparmaq iqtidarındadır”.
Anar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
17.09.2018
“Sabah.com.tr”:“İşğalçılar sərhədlərimizi açmamızı gözləməsinlər”
14.09.2018
“ArmenianReport”: “Ermənistan əks-inqilab təhlükəsi ilə üz-üzədir”
11.09.2018
“Dinin tələb etmədiyi bəzi ifrat hərəkətlər uşaqlarda psixoloji zədələr yaradır”
07.09.2018
«ArmenianReport»: «Rusiya bizim daxili işlərimizə qarışmamalıdır»

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info