Zaqatalada iki uşaq bağçası istifadəyə verilib
Tarix: 24.12.2013 | Saat: 15:13:00 | E-mail | Çapa göndər


Zaqatala rayonunun Əliabad qəsəbəsində və Aşağı Tala kəndində körpələr evi-uşaq bağçaları bərpa-gücləndirmə və əsaslı təmirdən sonra istifadəyə verilib.
Bu münasibətlə keçirilən mərasimlərdə son illər rayonda məktəb və məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs edilib. Qeyd olunub ki, 2012-ci ilin mayında baş vermiş zəlzələ nəticəsində rayonda fərdi evlərlə yanaşı, sosial təyinatlı obyektlərə də ciddi ziyan dəyib. Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən, rayonda zəlzələdən zərər görmüş 9 uşaq bağçasında dövlət vəsaiti hesabına bərpa-gücləndirmə və tikinti işlərinə başlanılıb. Həmin bağçalardan ikisi - Əliabad qəsəbəsindəki 4 nömrəli və Aşağı Tala kəndindəki 1 nömrəli uşaq bağçaları bu gündən qapılarını balacaların üzünə açır. Digər uşaq bağçaları da tezliklə istifadəyə veriləcək.
Mərasimlərdə çıxış edən valideynlər, yerli sakinlər zəlzələnin ciddi fəsadlar törətdiyi Zaqatala rayonunda qısa müddətdə müasir standartlara uyğun onlarla yeni məktəb binasının, uşaq bağçalarının tikilib istifadəyə verilməsini, bərpa və təmir olunmasını gələcəyimiz olan uşaqlara diqqət və qayğının bariz nümunəsi kimi dəyərləndiriblər.
Sonra mərasim iştirakçıları uşaq bağçalarında yaradılan şəraitlə tanış olublar. Hər iki bağça yeni inventar və avadanlıqla, o cümlədən yumşaq yataq dəsti ilə təmin olunmuş, uşaqlar üçün istirahət guşələri yaradılıb.




 
Bölməyə aid digər xəbərlər
02.07.2020
AzerTelecom şirkəti rəhbər heyətində yeni təyinatları elan edir
01.07.2020
“AzerGold” ötən ilin yekunlarına dair maliyyə hesabatları dərc edilib
01.07.2020
COVİD-19-dan sığortalanmaq mümkündürmü?
01.07.2020
Azərbaycanda siqaret bahalaşıb
01.07.2020
“Aİ 95“ premium markalı benzinin qiyməti bahalaşır?

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11542

1 Birinci vitse-prezident Mehriban Əliyeva hərbi qulluqçuları və veteranları Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib
2 İyulun 1-dən Rusiyanın 67 bölgəsi turist qəbul edəcək
3 Litvanın Birştonas şəhərində tar, kamança, qaval büstü qoyulacaq
4 “Dünyamızı qoruyaq: Türk dünyasının adət - ənənələri“
5 Ev şəraitində Xan kababı-VIDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info