Bağdadda törədilmiş terror aktında 15 nəfər ölüb
Tarix: 25.12.2013 | Saat: 22:52:00 | E-mail | Çapa göndər


Bağdadda xristian kilsəsi yaxınlığında partlayış törədilib. “France-Presse”in məlumatına görə, 14 nəfər terror aktının qurbanı olub.
“BBC News” isə yerli hakimiyyət orqanlarına istinadən 15 nəfərin öldüyü, 30 nəfərin isə xəsarət aldığını bildirir. Partladıcı qurğu Bağdadın cənubunda, xristian kilsəsinin yaxınlığındakı avtomobilə yerləşdirilib. Terror aktı Milad ibadətindən sonra, möminlər kilsədən çıxarkən törədilib. Qeyd edək ki, İraqın xristian əhalisi uzunmüddətli dinlərarası münaqişə nəticəsində 2000-ci illərin əvvəllərindən etibarən kəskin azalıb. ABŞ qoşunlarının 2003-cü ildə İraqa yeridilməsindən öncə ölkədə xristianların sayı 1,5 milyon təşkil edib. Hazırda İraqda xristianların sayı üç dəfə azdır. ABŞ qoşunlarının 2011-ci ildə İraqdan çıxarılmasından sonra vəziyyət daha da pisləşib. 2013-cü ildə 6,6 min insan silahlı toqquşma və terror aktlarının qurbanı olub.




 
Bölməyə aid digər xəbərlər
30.09.2020
randakı azərbaycanlılar Ermənistana hərbi texnika daşıyan maşınları yandırıb
30.09.2020
Jan Fransua Mansel Fransadan ədalətli mövqe tələb edib
26.09.2020
Qardaş ölkədə güclü zəlzələ gözlənilir...
26.09.2020
BƏƏ ABŞ-a “ F-35“ döyüş təyyarələri almaq üçün rəsmi müraciət edib
26.09.2020
Kolumbiya prezidentinə qarşı sui-qəsd hazırlanır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
2 Xalqımızın halal haqqı
3 “Azərbaycan mədəniyyətinin təbliğində Heydər Əliyev Mərkəzlərinin rolu”
4 “Qara dul qadın” filminin premyerası təxirə salınıb
5 MN: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info