ABŞ-da taksi sürücüsü avtomobildə qalan 300 min dolları sahibinə qaytarıb
Tarix: 26.12.2013 | Saat: 23:40:00 | E-mail | Çapa göndər


Las-Veqasda 13 illik iş təcrübəsinə malik taksi sürücüsü Ceraldo Qamboa avtomobilinin arxa oturacağında 300 min dollar tapıb. Pulları tapan Qamboa dərhal dispetçer xidməti ilə əlaqə saxlayıb və çalışdığı nəqliyyat şirkətinin ofisinə gedərək pulları təhvil verib. Bir neçə saatdan sonra isə polis 300 min dolların sahibi tapıb.
Pulları taksidə unudan naməlum kişinin Las-Veqasa kazinoda oynamaq üçün gəldiyi məlum olub. Şəxsiyyəti təsdiq olunan kimi, pullar qanuni sahibinə qaytarılıb. Pul bağlamasını itirən şəxs taksi sürücüsünə heç bir bəxşiş etməyib. Öz növbəsində, Qamboa bildirib ki, onun heç bir mükafata ehtiyacı yoxdur. Bununla belə, sürücü müdiriyyətdən minnətdarlıq və iki nəfərlik şam yeməyi üçün 1000 dollar məbləğində sertifikatla mükafatlandırılıb. Xatırladaq ki, 2012-ci ildə Sinqapurda taksi sürücüsü avtomobilində unudulan 1 milyon Sinqapur dollarını sahibinə qaytarıb.




 
Bölməyə aid digər xəbərlər
26.01.2020
“Sarı jiletlilər” hərəkatı 63-cü həftəsində
26.01.2020
Braziliyanın cənub-şərqində leysan ölüm və itkinlərə səbəb oldu
26.01.2020
Çində koronavirusa 2 minə yaxın insan yoluxub
25.01.2020
Çindən xaricə turist qrupları göndərilməsi dayandırılır
25.01.2020
Bu, “Əsrin müqaviləsi“ yox, “Əsrin şapalağı“dır

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
2 20 Yanvar münasibətilə Koreyada 400 nəfər imkansız insana yemək paylanılıb
3 Abşeronda kişi keçmiş arvadının boğazını kəsib
4 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
5 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info