Azərbaycanın beynəlxalq mövqeyini gücləndirən layihə
Tarix: 28.12.2013 | Saat: 17:46:00 | E-mail | Çapa göndər
Cavadxan QASIMOV |

Ulu öndər Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti ilə hər addımda yeni-yeni nailiyyətlər qazanan müstəqil dövlətimiz özünün şərəfli inkişaf tarixinin səhifələrinə arasıkəsilməz müvəffəqiyyətlər yazmaqdadır. Sosial-iqtisadi, ictimai-siyasi həyatın bütün sahələrində özünü göstərən nailiyyətlər müasir müstəqilliyimizin əbədiyaşarlığını təmin
etməkdədir.

1993-cü ildən başlanan böyük xilaskarlıq bütün sahələrin tənəzzüldən tərəqqiyə qədər yüksəliş xronikasını vermişdir. Əldə olunan nailiyyətlər, strateji dövlətçilik uğurları ölkəmizin hərtərəfli inkişafında yeni mərhələnin əsaslarını müəyyənləşdirməyə münbit şərait yaratmış, müdrik siyasətin qətiyyətli yeridilməsi ölkəmizi Cənubi Qafqazdan bütün dünyaya parlaq işıq kimi təqdim etmişdir. Siyasi sabitliyin iqtisadi əminəmanlığa çevrilməsi, milli maraqlarımızın üstün tutulması, beynəlxalq miqyasdakı mövqelərimizin günbəgün möhkəmləndirilməsi bütün keyfiyyətlərlə yanaşı, ölkəmizi nəinki regionda, hətta dünyada etibarlı tərəfdaş kimi təsdiq etmişdir.
Heç şübhəsiz ki, bütün bunlar isə ölkəmizə sağlam dövlətçilik siyasətinin çox böyük potensialını qazandırmaqda idi. Müstəqillik illərində də siyasi və iqtisadi idarəetmə bacarığı Heydər Əliyev kimi nəhəng dövlət adamının çoxşaxəli milli iqtisadiyyatı formalaşdırmasına geniş imkanlar yaratmaqda idi. Məhz bu bir həqiqətdir ki, 1994-cü ildə imzalanmaqla və XX əsrin müqaviləsi kimi tarixə düşməklə müəyyən olunan nəhəng neft siyasəti Heydər Əliyevin neft strategiyası kimi ölkəmizə yüksək iqtisadi artım və böyük siyasi uğurlar qazandırdı. Elə həmin dövrdən başlayaraq bu günlərimizə qədər də davam edən və uzaq gələcək üçün hesablanan davamlı yüksəliş və nailiyyətlər ölkəmizin Heydər Əliyev idyeaları yetərincə qidalanmasından irəli gəlir. 1994-cü ildə bağlanan XX əsrin müqaviləsi özünün iqtisadi əhəmiyyəti, dünyəvi mahiyyəti, ölkəmizə qzandırdığı yüksək və etibarlı nailiyyətlərlə birlikdə birlikdə XXI əsrin layihəsinin imzalanması üçün sağlam mühit və ehtiyac yaradırdı, qarşımıza məqsəd qoyurdu. Və əgər birinci müqavilə müasir müstəqillik dövrünün ilk mərhələlərində ölkəmizi dünyaya təhlükəsiz bir tərəfdaş kimi təqdim edirdisə, artıq ikinci layihə ölkəmizin dünyanın aparıcı dövlətinə çevrildiyi bir vaxtda imzalandı.
Ölkəmiz XXI əsrin “Şahdəniz-2” enerji layihəsinin icrasına başlamaqla, yeni inkişaf mərhələsinin əsaslarını qoymuş oldu. Belə ki, 17 dekabr 2013-cü ildə “Şahdəniz-2” yekun investisiya qərarının imzalanması mərasimi keçirildi. Ölkəmizin uğurlu enerji siyasətinin ən gerçək təsdiqi olan bu tədbir, Azərbaycan qazının dünya bazarlarına çıxmasına imkanlar açacaq. Bu isə təbii ki, Azərbaycanın 3 trilyon kubmetr olan mövcud qaz ehtiyatından səmərəli istifadə etməklə, həm daxili sabitliyin daha möhkəm əsaslarla davamına şərait yaradacaq, həm də dünya miqyasındakı beynəlxalq mövqeyimizin daha da güclənməsinə səbəb olacaqdır. Ölkəmizin davamlı olaraq gerçəkləşdirdiyi sosial layihə və proqramlara böyük dayaq olacaq bu tədbir özündə güclü iqtisadi potensial daşıyır. ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib ki, Şahdəniz-2” layihəsinin reallaşdırılması nəticəsində ölkədə 10 mindən artıq iş yeri, yeni infrastruktur obyektləri yaradılacaq. Təbii ki, bu layihə daha böyük potensiala da malikdir. Belə ki, Prezident İlham Əliyev də çıxışında bildirdiyi kimi, layihəyə 45 milyard dollar məbləğində sərmayə cəlb ediləcək və bununla da marşrut boyu yerləşən ölkələrdə 30 mindən çox yeni iş yeri yaradılacaqdır.
Bu tarixi layihənin imzalanması özünün dünya miqyasındakı maraq və diqqətini də yaratdı. Bir çox tanınmış, məşhur media vasitələrindən olan Böyük Britaniyaya məxsus “The Times” və “The Independent” nəşrləri, Türkiyənin “Cihan” xəbər agentliyi, “Sabah” və “Zaman” qəzetləri və dünyaca məhşur BBC-nin xəbərlərində layihə geniş olaraq işıqlandırılmış və Azərbaycanın yeni böyük uğuru kimi vurğulanmışdır. Layihənin imzalandığı tədbirdə iştirak edən Böyük Britaniyanin xarici işlər naziri William Hague də öz ölkəsinin sevincini bildirərək, “layihədən Azərbaycanda olan 300 Briyaniya şirkəti qazanacaq”, deyə məmnunluğunu ifadə edib.
Həqiqətən bu, dövlətimiz, millətimiz, xalqımız və eləcə də hər birimizin adına böyük iftixar, sevinc, şərəf gətirən bir nailiyyətdir, tədbirdir. Sevinirik ona görə ki, bütün dünya ölkələri ulu öndərin ölkəmizdə yandırdığı sönməz işığın başına toplaşır, böyük ümid yeri kimi baxırlar. “Əsrin müqaviləsi”nin bağlanmasında tərəf və əsas dəstəkçi qüvvə kimi çıxış edən ABŞ, bu layihənin də imzalanmasına sonsuz ümidlə yanaşır. Belə ki, adı çəkilən ölkənin Azərbaycandakı səfirliyi “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması ilə əlaqədar bəyanat verərək ABŞ-ın Azərbaycan hökumətini və Azərbaycan Respublikası Dövlət Neft Şirkətini, “Şahdəniz” konsorsiumunun özəl pay sahiblərini və “Cənub” qaz dəhlizi boyunca yerləşən bütün ölkələr də daxil olmaqla digər iştirakçı tərəfləri “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanmasının uğurla başa çatması münasibətilə təbriklərini çatdırıb.
Beləliklə, bu qərarla ölkəmiz özünün hərtərəfli inkişafına ABŞ, Rusiya, Norveç, Türkiyə, Yaponiya, Səudiyyə Ərəbistanı və s. kimi ölkələrlə yanaşı, hazırkı dövrdə Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya, Bolqarıstan, Monteneqro və Xorvatiyadan da hərtərəfli dəstəyini almağa davam edəcək. Bu isə bir daha Heydər Əliyev siyasətinin təkcə bir ölkə üçün deyil, ümumilkdə bütün dünya üçün əlverişliliyindən xəbər verməkdədir. Xeyirli, uğurlu olsun.




 
Müəllifin son yazıları

05.01.2018 Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxış imkanlarını asanlaşdıran yol
25.07.2017 Azərbaycan iqtisadi inkişafin yeni mərhələsində
25.01.2016 Naxçıvanda ötən il istehsal olunan sənaye məhsulunun 96 faizi özəl sektora məxsusdur
09.07.2015 Son ildə Naxçıvanda ixracın həcmi artıb
23.01.2015 Qarşıda bizi çox nailiyyətlər gözləyir

Şərh əlavə olunmayıb



    ,    
İlkin Əsgər
Tural Tağıyev
Cavadxan QASIMOV
Zöhrə Əliyeva
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 8187

1 Xaricdəki soydaşlarımız Cümhuriyyətin yubiley tədbirləri ilə bağlı planlarını açıqlayıblar
2 “Beynəlxalq tədbirlərin turizmin inkişafında əvəzsiz rolu var”
3 Minəvvər Vahabova: “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini ABŞ-da layiqincə qeyd edəcəyik”
4 Musa Nəbioğlu: “Zəlimxan Yaqub sözünü zamana deməyə gəlmişdi”
5 Azərbaycanda və xaricdəki xanım QHT rəhbərlərinin ilk dəfə virtual görüşü olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info