Fransada iqtisadi böhran medianı tənəzzülə uğradıb
Tarix: 28.12.2013 | Saat: 23:19:00 | E-mail | Çapa göndər


Başa çatmaqda olan 2013-cü il fransız qəzet və jurnalları üçün "qara il " olub. Avropanı ağuşuna alan iqtisadi böhran Fransa mətbuatından da yan keçməyib. Qəzetlərin dövriyyəsinə nəzarət idarəsinin açıqlamasına görə, ilin ötən 10 ayı ərzində Paris qəzetləri ilə yanaşı regionlarda nəşr olunan qəzetlərin də tirajı kəskin surətdə aşağı düşüb. Ölkədə mətbuatdakı tənəzzül jurnallardan da yan keçməyib.
Parisin ən çox tirajlı "Fiqaro" və "Mond" qəzetləridə 3-5 faiz, bir vaxtlar ölkədə populyar olan "Parizen" qəzetində isə 10 faiz azalma müşahidə olunub. Bu, qəzetə 17 mln. avro maliyyə itkiləri ilə başa gəlib. Maraqlısı budur ki, maliyyə böhranı katolik dini səpkili "Krua" qəzetindən yan keçib. Belə ki, qəzetin tirajında heç bir itki baş verməyib.
Oxucular hakim Sosialist Partiyasının əsas qəzeti olan "Liberason"dan da üz çeviriblər. 16 faiz itki ilə çap olunan qəzetin maliyyə itkilərinin 6 mln avro olacağı gözlənilir.
66 region, 200 həftəlik nəşrlərdən də yan keçməyən böhran reklam gəlirlərinin əhəmiyyətli azaldılmasına səbəb olub.
Ağasəf




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Rәcәb Tayyib Әrdoğan ABŞ-da sәfәrdәdir
22.09.2019
Ukrayna terrorçuluqda şübhəli bilinən 23 nəfəri Türkiyəyə təhvil verib
21.09.2019
İran, Çin və Rusiya birgə hərbi təlimlər keçirəcək
21.09.2019
İraqda partlayış, ölәnlәr var
21.09.2019
Türkiyәnin Milli Müdafiə Nazirliyi mәlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info