Türkiyədə nurçular polisdən uzaqlaşdırılır
Tarix: 07.01.2014 | Saat: 15:56:00 | E-mail | Çapa göndər


Türkiyə hökuməti ötən ilin 17 dekabrında həyata keçirilən rüşvət və korrupsiya əməliyyatından sonra polis təşkilatını nurçu və nurçulara yaxın polislərdən təmizləməyə başlayıb.
“Milliyet”in verdiyi məlumata görə, yanvarın 7-nə keçən gecə Ankara Əmniyyət Müdirliyində (polis idarəsi) 560 polis müdiri və məmuru vəzifələrindən çıxarılaraq başqa yerlərə - passiv vəzifələrə təyin olunub. Onların arasında hökumətin Gəzi parkı olaylarından sonra mükafatlandırdığı əmniyyət müdirinin müavini Mahmud Azmaz da var.
Qeyd edək ki, daxili işlər naziri vəzifəsinə təyin olunan Əfqan Alanın qarşısına qoyulan əsas vəzifə nurçuların dövlət içərisində qurduğu bildirilən “paralel dövlət”in çökdürülməsidir. İlk olaraq paytaxt Ankaranın polis təşkilatını yeniləyən Ə. Ala “təmizləmə” əməliyyatını davam etdirir.
Xatırladaq ki, Ərdoğan hökuməti 17 dekabr əməliyyatını dövlət orqanları içərisində mövqe tutmuş nurçuların hökuməti devirmə cəhdi kimi qiymətləndirir.




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
Rәcәb Tayyib Әrdoğan ABŞ-da sәfәrdәdir
22.09.2019
Ukrayna terrorçuluqda şübhəli bilinən 23 nəfəri Türkiyəyə təhvil verib
21.09.2019
İran, Çin və Rusiya birgə hərbi təlimlər keçirəcək
21.09.2019
İraqda partlayış, ölәnlәr var
21.09.2019
Türkiyәnin Milli Müdafiə Nazirliyi mәlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info