Bizi sosial şəbəkələrdə necə aldadırlar?
Tarix: 07.01.2014 | Saat: 16:18:00 | E-mail | Çapa göndər


|

İnternetin, ən çox da sosial şəbəkələrin həyatımıza daxil olmasının həm müsbət, həm də mənfi cəhətləri çox oldu. Bu gün isə sosial şəbəkələrdən mənfi istiqamətdə istifadə edənlərin sayı xeyli artıb, desəm yanılmaram. Təsadüfi deyil ki, “Facebook” sosial şəbəkəsində qeydiyyatdan keçən şəxs burada məhdudiyyət olmadan istənilən məşhurun, məmurun və ya hansısa ictimai şəxsin adından və şəkilindən istifadə edə bilər. Bu proses ta o vaxta qədər davam edir ki, həmin məşhur və ya məmur bundan duyuq düşüb, müəyyən tədbirlər görür və həmin profil də məcburiyyətdən bağlanır. Bu mövzuya toxunmağım təsadüfdən yaranmadı. Son zamanlarda Azərbaycanda da “Facebook” fırıldaqçıları sözün həqiqi mənasında aktivləşərək yeni metodlardan istifadə edirlər. Onların kifayət qədər effektli olan bu metodları isə çox sadə üsullara bağlıdır. Yükskək rütbəli bir məmurun və ya tanınmış bir şəxsin- şou, mədəniyyət işçisi və s.-in adından istifadə edərək yaradılan bu profillərə diqqət də yüksək olur. Həmin profillərə gələn dostluq sayı bir neçə günün içində 2-3 minə çatır. Bu da dostluq siyahısında xeyli adam olan profili açmaq istəyən şəxs üçün əlverişli variant sayılır. Əldə etdiyim məlumatlara görə, hətta son zamanlarda bəzi nazirlərin adından da istifadə edib profil açanlar olub. Bu profilləri açanlar aşkar olunduqdan sonra isə məlum olub ki, belə 4-5 min dost siyahısı olan profil əldə edən fırıldaqçılar sonradan bu profilin dostluq limiti dolanda onu istənilən “Facebook” səhifəsinə birləşdirə bilirlər. Bu isə təbii ki təmənnasız həyata keçirilmir. Bundan əlavə, əgər sizin dostluğunuzda hər hansı bir cəlbedici xanımın şəkilində və adında olan profilin qəflətən çevrilib “Mamed” olmasının şahidi olsanız, heç də təəccüblənməyin. Bu da, qeyd etdiyim bəzi fırıldaqçılıq məqsədilə yaradılmış profillər siyahısına daxil edilən metodlardandır. İstənilən xanım adı ilə açılan profilə xeyli sayda dostluq təklifi gəlir, nəinki oğlan adı ilə açılmış profil ola. Qısası, “Facebook”da “like xəstəliyi”nə tutulmuş və mətbuatın da dəfələrlə tənqid etdiyi el dilində “qırsaqqız” adlandırılan gənclərdən qurtarmamış, saxta profillərin yaradılması kimi arzuolunmaz bir xəstəliyə düçar olmuş xeyli sayda insana rast gəlməyə başlayırıq. Hətta iş o yerə çatıb ki, səhifələrin satışı ilə məşğul olanlar da bu işə baş vuraraq, məlum profilləri açırlar və onu istənilən sayt üçün lazım olan “Facebook” səhifəsinə birləşdirə bilirlər. Görünür bu səbəbdəndir ki, bu gün elə də tanınmayan bir saytın “Facebook” səhifəsinin 3000 nəfər bəyənən olduğunu gördüyün halda, bir gün sonra bu sayın 5000 nəfərə çatması halı ilə rastlaşırıq.
Qısası, ehtiyatlı olun cənablar. Hər məmur, tanınmış şəxsin adı ilə açılan profilə inanıb, onunla dost olmayın. Əks təqdirdə, nəinki aldanmış olarsınız, həm də dost limiti 5000-ə çatmış həmin profillərin qəfldən sizə dəxli olmayan bir səhifəyə çevrilməsinin də şahidi ola bilərsiniz!




 
Müəllifin son yazıları

08.08.2018 Etikasız mühacirlər...
30.03.2018 “Söyüş teatrı”nın aktyorları
24.02.2018 “Orduxanlar” Xocalı faciəsi ilə bağlı niyə aksiya keçirmirlər?
06.02.2018 Müxalifətin “Facebook”dakı saxta profilləri...
10.01.2018 İpi xaricilərin əlində olanlar...

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
3 “Karantin və sosial izolyasiya uşaqların psixoloji durumuna mənfi təsir edib”
4 “Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
5 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info