Şəmkir Sərhəd Dəstəsi üçün yeni qarnizon
Tarix: 07.01.2014 | Saat: 22:30:00 | E-mail | Çapa göndər


Dövlət Sərhəd Xidmətinin (DSX) Şəmkir Sərhəd Dəstəsinin (SD) yeni inşa olunmuş qarnizonunun açılışı olub. Tədbirdə DSX rəisi Elçin Quliyev, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov da iştirak
edib.

SD-nin komandiri Səmid Cəfərov bildirib ki, yeni inşa olunan qarnizonun xidməti və yaşayış sahəsi 22 ədəd binalar kompleksi, o cümlədən 106 mənzilli yaşayış sahəsindən ibarətdir. Burada xidmət üçün bütün şərait mövcuddur. Hərbi texnika parkı inşa olunub, ideoloji mərkəz yaradılıb. Açılışda çıxış edən DSX rəisi, general-leytenant Elçin Quliyev qeyd edib ki, son illərdə Şəmkir SD-də 20 mindən çox sərhəd pozucusu, külli miqdarda qaçaqmal tutulub. SD-nin Ermənistanla cəbhə xətti və Gürcüstan sərhədinin birləşdiyi ərazidən başladığını, Gürcüstanla sərhədin 190 kilometrini mühafizə etdiyini bildirən DSX rəisi qeyd edib ki, cəbhə xətti ilə təmasda olmaq şəxsi heyətin daim döyüş hazırlığını yüksək səviyyədə saxlamasını şərtləndirir. E. Quliyev deyib ki, digər bölgələrdə də müasir tipli hərbi hissə, yaşayış kompleksləri inşa olunur. Bu il ərzində sərhəd mühafizəsi üzrə yeni sistemlərin tətbiqi nümayiş etdiriləcək. Daha sonra binalara baxış keçirilib.




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
Mətbuat Şurası icazəsiz mitinqlə əlaqədar jurnalistlərə və hüquq-mühafizə orqanlarına çağırış edib
19.10.2019
Astarada Nəsiminin 650 illik yubileyi qeyd olunub
18.10.2019
Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun xatirəsi anılıb
18.10.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
18.10.2019
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü qeyd olunur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info