Soçidə “Olimpiya rejimi”
Tarix: 07.01.2014 | Saat: 23:00:00 | E-mail | Çapa göndər


2014-cü il qış Olimpiadasının paytaxtı Soçidə dünəndən başlayaraq oyunlar başa çatana qədər gücləndirilmiş təhlükəsizlik tədbirləri tətbiq edilir. Xatırladaq ki, fevralın 5-dən 23-dək Soçidə qış Olimpiya Oyunları, martın 7-dən 16-dək Paralimpiya Oyunları keçiriləcək. Şəhərdə xüsusi rejim martın 21-dək qüvvədə olacaq.
Nəzarət zonaları da yaradılacaq. Həmin zonalara daxil olmaq üçün əvvəlcə polis nəzarətindən keçmək lazımdır. Soçiyə gələnlərə nəzarət işlərinə hüquq-mühafizə orqanlarının və daxili qoşunların 30 mindən çox əməkdaşı cəlb ediləcək.
Yarışların başlamasına bir ay qalmasına baxmayaraq qonaqların və iştirakçıların təhlükəsizliyini təmin edən Fövqəladə Hallar Nazirliyinin bütün bölmələri artıq indidən gücləndirilmiş rejimdə işləyir. “İTAR-TASS” agentliyi fövqəladə hallar naziri Vladimir Puçkovun bu sözlərini sitat gətirir: “Bütün obyektlərə nəzarət ediləcək, kosmik monitorinq sistemi işə salınıb. Qış Olimpiadasının təhlükəsizliyi ilə bağlı bütün məsələlər dünya səviyyəsində həll edilir”.
Prezident Vladimir Putinin yanvarın 7-dən etibarən qüvvəyə minən fərmanı Soçinin hakimiyyət orqanlarına Olimpiada və Paralimpiada ilə bağlı olmayan tədbirləri tənzimləməyə imkan verir. Fərmanda deyilir: “2014-cü il yanvarın 7-dən martın 21-dək olan dövrdə yığıncaqlar, mitinqlər, nümayişlər, yürüşlər və piketlər keçirilən yerlər və həmin kütləvi tədbirlərin iştirakçılarının hərəkət marşrutları RF Daxili İşlər Nazirliyinin müvafiq ərazi orqanı və müvafiq ərazinin təhlükəsizlik orqanı ilə razılaşdırılmaqla keçirilə bilər. Bu halda həmin kütləvi tədbirlərin müddətləri və iştirakçıların sayı Soçi kurort-şəhərinin bələdiyyə qurumunun administrasiyası tərəfindən müəyyən edilir”.
Xəbər verildiyi kimi, Yeni il bayramlarından sonra V.Putin olimpiya dövründə Soçidə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi haqqında öz fərmanına düzəliş edərək yığıncaqlar, mitinqlər və nümayişlər keçirilməsinə formal baxımdan icazə verib, lakin bu tədbirlər yalnız yerli hakimiyyət orqanları, Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidməti ilə razılaşma əsasında keçirilə bilər. Sonradan Kremldə bu məlumatı dəqiqləşdirərək bildiriblər ki, mitinqlərin xüsusi avadanlıqlarla təchiz olunmuş meydançada keçirilməsinə icazə veriləcək.
Prezident fərmanı qadağan zonası yaradılmasını nəzərdə tutur. Həmin zonaya yalnız xidməti zərurət və istehsalat zərurəti ilə əlaqədar düşmək mümkün olacaq. Qadağan zonasının sərhədləri ətraflı təsvir edilir. Həmin ərazinin bir hissəsi Qaraçay-Çərkəz Respublikasının sərhədi boyunca Rusiya-Abxaziya sərhədinə qədər davam edir.
Artıq Soçidə xüsusi yol hərəkəti qaydaları qüvvəyə minir. Belə ki, Olimpiya Oyunlarının paytaxtına şəxsi nəqliyyat vasitəsilə getmək istəyənlər öz avtomobilini xüsusi dayanacaqda qoymalı olacaqlar, çünki başqa şəhərlərin avtomobillərinin Soçiyə girməsi qadağandır.
“Vesti” proqramının verdiyi məlumata görə, bu parklama yerlərinin hər biri Soçinin mərkəzindən azı yüz kilometr məsafədə yerləşir. Şəhərə yalnız Olimpiada üçün akkreditə edilmiş maşınlar daxil ola bilər. Həmin avtomobillər üçün xüsusi hərəkət zolaqları ayrılıb. Adi nəqliyyat vasitələrinin həmin yollarda hərəkəti qadağan edilib.
Dünəndən Olimpiya Oyunlarının əsas media-mərkəzi də işə başlayıb. Media-mərkəzdə təxminən 6500 jurnalist işləyə bilər.
Ağasəf




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Makron Consonu “Brexit“ üzrə mövqeyini dəqiqləşdirməyə çağırıb
20.10.2019
BŞBPİ: Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb
19.10.2019
“Gün işığının oğurlandığı” hər günə görə 1000 avro cərimə
19.10.2019
Bakıda Ümumdünya Çörək Gününə həsr olunmuş müsabiqə keçirilib
19.10.2019
Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə əlaqədar Nur-Sultanda xiyaban açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info