“Putin bəyan edir ki, Rusiya Qərb qarşısında hesabat verməyə borclu deyil”
Tarix: 07.01.2014 | Saat: 23:01:00 | E-mail | Çapa göndər


Uil Enqlund: “Rusiya prezidenti Vaşinqtonun istənilən addımını özü üçün təhlükə hesab edir və gələcək əməkdaşlıq üçün heç bir stimul görmür”

“ABŞ və Rusiya 2014-cü ilə bir-birinə etimadı tamamilə itirmiş halda daxil olublar. Nüvə nəhənglərinin 2014-cü ildə münasibətlərini, itirilmiş etimadı necə bərpa edə biləcəklərini proseslər göstərəcək. Qış Olimpiya Oyunları, Amerika qoşunlarının Əfqanıstandan çıxarılması, Milli Təhlükəsizlik Agentliyinin kəşfiyyatçısı Edvard Snouden, Ukrayna və Suriyada baş verən hadisələr, eləcə də şist qazı ilə bağlı yaşanan bum, ABŞ-Rusiya münasibətlərində yeni çətinliklər, problemlər
yaratmaqdadır.

Qeyd edilən hadisələrin iki dövlət arasında münasibətləri ciddi şəkildə təhdid etməsi ortadadır”. Bu fikirlər “The Washington Post” nəşrində çap edilən məqalədə yer alıb. Uil Enqlund məqaləsində qeyd edir ki, Obama administrasiyası hakimiyyətə gəldikdən sonar Rusiya ilə münasibətləri nizamlamağa çalışsa da, plan baş tutmayıb. Obamanın strategiyası problemlər və gərginliklərlə yüklənmiş münasibətləri qaydasına salmağa yaramayıb. Müəllif yazır ki, yeni başlayan 2014-cü ildə vəziyyət elə səviyyədə gərgindir ki, tərəflər bir-birini açıq şəkildə ittiham edir: “Moskva iddia edir ki, Vaşinqton onun fikri ilə hesablaşmır. Bu, özünü əsasən Ukrayna ilə bağlı məsələdə daha qabarıq şəkildə göstərir. Kremldə hesab edirlər ki, Vaşinqton özü Rusiyanın daxili işlərinə müdaxilə etməyə cəhd etməklə münasibətləri pozur. Vaşinqton isə bu iddiaları təkzib edərək Putin hökumətini antiamerika mövqeyinə görə tənqid edir. Ağ Ev Rusiya ilə münasibətləri normallaşdırmaq istəyindən vaz keçmədiyini açıqlsa da, sonda heç bir xeyri olmayacaq işə uzun zaman və enerji sərf etməyə ehtiyac görmür. Putin Vaşinqtonun istənilən addımını özü üçün təhlükə hesab edir və gələcək əməkdaşlıq üçün heç bir stimul görmür”. Məqalədə qeyd edilir ki, bütün problemlərə rəğmən, Moskva və Vaşinqton Əfqanıstan problemi, kosmosa uçuş, nüvə təhlükəsizliyi, terrorizmə qarşı mübarizə və müəyyən dərəcədə İran və Suriya problemində əməkdaşlıq edirlər. Buna baxmayaraq iki dünya nəhənginin nüvə silahlanması, Avropa və ya Asiyanın gələcəyi, Arktikanın taleyi və qlobal enerji siyasəti ilə bağlı ümumi strategiyaları yoxdur: «Ağ Ev administrasiyasının rəsmiləri bildirirlər ki, ABŞ-Rusiya münasibətlərində kifayət qədər ciddi problemlər var. Amma digər variantlardansa elə əməkdaşlıq etməyə çalışmaq ən yaxşısıdır. ABŞ və Kanada üzrə İnstitutun direktor müavini Viktor Kremenyuk hesab edir ki, tərəflər qarşısındakının potensialını doğru qiymətləndirmir, bəlkə də heç bir-birilərini eşitmək istəmirlər. Amerikalı məmurlar ehtiyat edirlər ki, informasiyasının böyük bir qismini Rusiya kəşfiyyatından alan Putin ABŞ-la münasibətlər haqqında doğru düşüncədə deyil. “Təhlükəli və yırtıcı Rusiya” Amerika maraqlarına ziddir” deyən Selestr Uollander ötən ilin sentyabr ayında Milli Təhlükəsizlik Şurasında Rusiya bölməsinin rəhbəri təyin edilib”. Müəllif qeyd edir ki, Obama hakimiyyətə gələn vaxt ABŞ-Rusiya münasibətləri keçmiş SSRİ dağıldıqdan sonra ən aşağı səviyyədə olub. Yeni administrasiya bütün ziddiyyətli məqamlara baxmayaraq, əməkdaşlıq etmək mümkün olan sferaları müəyyənləşdirdi. Nüvə arsenalının azaldılması ilə bağlı müqavilənin imzalanmasından sonra bir çoxları qarşıdakı illərdə müsbət hadisələrin baş verəcəyini proqnozlaşdırırdı. Məqalədə vurğulanır ki, Putinin münasibətlərə “sizin qələbəniz-bizim məğlubiyyətimizdir” prinsipi ilə yanaşması müsbət proqnoz səsləndirənlərin ümidlərini puça çıxarıb: “İndiyə qədər tərəflər arasındakı fikir ayrılıqları praktik səviyyədə, bəzən bir-birinə qarşı hörmətsizlik etməklə həll edilirdi. Amma Putin ilk dəfə sərt milli mövqe ortaya qoydu. Putin bəyan edir ki, Rusiya dini dözümlülükdən tutmuş, demokratiyaya qədər heç bir məsələ ilə bağlı daha Qərb qarşısında hesabat verməyə borclu deyil. Əsas problemlər “ərəb baharları”ndan sonra başladı. Putin ABŞ-ın Hüsnü Mübarəkə qarşı satqınçılıq mövqeyindən şok olmuşdu. Daha sonra Liviya müharibəsi başladı. Liviyaya qarşı hərbi əməliyyat keçirilməsi məsələsinə Putin şübhəli yanaşırdı və heç bir addım atmadı. Amma sonradan ruslar bildirdilər ki, Qərb əsl niyyəti barədə onları aldadıb. Dövlət Departamentinin keçmiş rəsmisi Filip Krouli hesab edir ki, rusların bu məsəldə narazı qalmağa haqqı var idi. Ona görə də Rusiya BMT-də Suriyaya münasibətdə analoji qərarın qəbul edilməsinə imkan vermədi. Hadisələrin inkişafı göstərdi ki, Rusiyanın bu mövqeyi doğru olub. Putin əmindir ki, Amerikanın hər yeni addımı Yaxın Şərqdə vəziyyəti daha da ağırlaşdırır. Rusiya gördü ki, BMT-də keçirilən səsvermədə bitərəf qalması onun mövqeyi ilə hesablaşmamaqla nəticələnir. Ona görə də haqlı olaraq hesab edirlər ki, onların mövqeyi ilə hesablaşmalıdırlar. Nyu-York universitetinin eksperti Mark Qaleotti hesab edir ki, Putin növbəti dəfə hakimiyyətə qayıtdıqdan sonra hücuma keçdi. Ağ Ev bir gülləyə iki dovşan vurmaq istədi, sonda əliboş qaldı”. Məqalədə qeyd edilir ki, Kreml USAİD-in Rusiyadakı fəaliyyətinə qadağa qoydu, «Azadlıq» radiosunu orta dalğaya keçirdi, hüquq müdafiəçilərinin ABŞ-dan maliyyə almasının qarşısını almaq üçün bütün mümkün olan tədbirləri həyata keçirdi. ABŞ-ın Rusiyadakı səfirinə qarşı kütləvi kampaniyaya start verildi. Cavab olaraq ABŞ Maqnitski Aktını qəbul etdi, Rusiya isə Amerika ailələrinin Rusiyadan kimsəsiz uşaqları övladlığa götürməsini yasaqladı. Qeyd edilir ki, Rusiya 2013-cü ildə Edvard Snoudeni ABŞ-a verməkdən imtina etdiyi üçün Obama da Putinlə görüşmədi. Amma tərəflər gözlənilməz halda Suriyanın kimyəvi silahları ilə bağlı məsələdə razılıq əldə etdilər. Amma Ukrayna məsələsi münasibətlərdəki gərginliyi yenidən alovlandırıb: “Bütün halda ABŞ və Rusiya fərqli istiqamətlərdə hərəkət edir. Yeni başlayan ilin münasibətlərə yeni problemlər gətirəcəyi gözlənilir”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Makron Consonu “Brexit“ üzrə mövqeyini dəqiqləşdirməyə çağırıb
20.10.2019
BŞBPİ: Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb
19.10.2019
“Gün işığının oğurlandığı” hər günə görə 1000 avro cərimə
19.10.2019
Bakıda Ümumdünya Çörək Gününə həsr olunmuş müsabiqə keçirilib
19.10.2019
Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə əlaqədar Nur-Sultanda xiyaban açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info