Xaçmaz regional mərkəzə çevrilir
Tarix: 07.01.2014 | Saat: 23:35:00 | E-mail | Çapa göndər


“Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq, Bakı şəhəri və bölgələrin regional inkişaf planları hazırlanır. Bunlardan biri ölkənin şimal-şərq hissəsi - Quba-Xaçmaz iqtisadi rayonunu əhatə edir. Belə ki, bu iqtisadi rayon üzrə məskunlaşma, təbiətdən istifadə və məhsuldar qüvvələrin ərazi təşkilinin regional planlaşdırma sxemi artıq hazırlanıb. Hazırda sənəd razılaşdırılma və təsdiq olunma mərhələsindədir.
İqtisadi rayonunun regional planlaşdırma sxemini hazırlayan «Renessans Studio» MMC-dən verilən məlumata görə, bu ərazi üzrə inkişaf sxeminin əsas cəhətlərindən biri regionun mərkəzi kimi bölgənin ən iri şəhəri olan Xaçmazın seçilməsidir. Plana əsasən, Quba-Xaçmaz iqtisadi rayonu iki dövrdə - 2018-ci ilədək (I növbə) və 2030-cu ilədək (layihə dövrü) üçün sosial-iqtisadi inkişafın bütün sahələri üzrə yüksək inkişaf dövrünü keçəcək.
Birinci növbəyə görə, region sosial-iqtisadi cəhətdən inkişaf etmiş, bütün sahələrdə rəqabət qabiliyyətli bir bölgə olacaq. İqtisadi regionun ən ucqar kəndlərində belə, vətəndaşların rahat gündəlik həyatı üçün bütün lazımi kommunikasiyalar (rabitə, internet, bank xidmətləri, kommunal xidmətlər, yollar və s.), səhiyyə və təhsil xidmətləri təmin ediləcək. Eyni zamanda, qeyri-neft sənayesinin şaxələndirilməsi və inkişaf etdirilməsi, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının genişləndirilməsi, aqrar sektorun inkişafı və ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ticarət və xidmət fəaliyyət növlərinin genişləndirilməsi və inkişaf etdirilməsi prioritet istiqamətlər kimi seçilib. Regionda meyvəçilik, heyvandarlıq, quşçuluq məhsullarının istehsalı, yüngül və yeyinti sənayesi sahələrinin inkişafının dəstəklənməsi, rayonlarda sahə baytarlıq məntəqələrinin tikintisi, magistral avtomobil yolları ətrafının yaşıllaşdırılması, ölkə əhəmiyyətli avtomobil yollarının əsaslı təmiri, yenidən qurulması və tikintisi, məskunlaşma, təbiətdən istifadə və məhsuldar qüvvələrin ərazi təşkilinin regional planlaşdırma sxeminin işlənməsi, o cümlədən, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması kimi sahələrə investisiya qoyuluşlarının həyata keçirilməsi nəzərdə tutulub. Bundan başqa, investisiya sahələrinə Vəlvələçay çayında mühafizə tədbirlərinin aparılması, şimal çaylarında sugötürmə və nəqletmə qurğularının inşası, iqtisadi rayon üzrə toplam gücü 143,37 MVt olan kiçik su elektrik stansiyalarının tikintisi, sənaye, kənd təsərrüfatı və məişət tullantılarından bio-maddələrin istehsalı və tətbiqi üzrə müasir texnologiyaların işlənməsi və tətbiqi kimi sahələrə investisiya qoyuluşları da planlaşdırılır.
Rasim




 
Bölməyə aid digər xəbərlər
21.10.2019
Çilidə etiraz aksiyaları zamanı 1400-dən çox insan saxlanılıb
21.10.2019
Əli Kərimli qanunsuz aksiya zamanı döyülməsi barədə yalan danışıb
21.10.2019
Moldovada keçirilən yerli seçkilərdə sosialistlər qalib gəlib
20.10.2019
Daşkənddə “18 oktyabr - Azərbaycan Respublikasının Müstəqillik Günü” adlı bağlı tədbir keçirilib
20.10.2019
Bakıda bir qrup qadın zorakılığına qarşı aksiya keçirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info