Unikal əməliyyat: qopmuş əllərin əvəzinə 4 barmaq
Tarix: 07.01.2014 | Saat: 23:46:00 | E-mail | Çapa göndər


18 yaşlı çinli Van Szinin əlləri çalışdığı fabrikdə presin altında qalıb parçalanmışdı.
Cərrahiyyə əməliyyatı nəticəsində onun əzilib parçalanmış 6 barmağı kəsilərək götürülüb və hər əlində iki barmaq qalıb. Həkimlərin dediklərinə görə, Van Szin bir müddət sonra barmaqlarını sərbəst tərpədə bilər.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Çinin cənubundakı Hunan vilayətindəki Çanşa şəhərinin xəstəxanasında aparılmış San Ya Xəstəxanasının cərrahları əməliyyatı uğurlu sayırlar.
Ötən ilin dekabrın 11-də Van Szin çalışdığı fabrikdəki nasaz presi işə salmaq istəyəndə əlləri əzilmişdi.
Dərhal xəstəxanaya aparılmış Szini müayinə edən həkimlər təcili cərrahiyyə əməliyyatına başlayıblar. Cərrahlar Tan Çjuyu, Vu Panfen, Lu Banqbao
və Li Minqinin qatıldıqları əməliyyat 5 saat davam edib.
"Əməliyyatın ən çətin hissəsi əllərdə qalmış barmaqların sümük strukturlarını və damarlarını bərpa etməkdi. Qan dövranının normal vəziyyətə düşməsinə nail olduq", - professor Tan Çjuyu deyib.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Ağsuda 32 yaşlı iki uşaq anası özünü fermada asıb
19.10.2019
Türkiyədə baş verən yol qəzasında rus mühəndislər həlak olub
19.10.2019
Dövlət sərhədini pozan şəxslər saxlanılıb
19.10.2019
Tanzaniyada 40-a yaxın məktəblini ildırım vurub
18.10.2019
Masazırda evdən pul və qızıl oğurlayan şəxs saxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info