Əri döyüb öldürdü, dəfnində keşiş Quran oxudu
Tarix: 07.01.2014 | Saat: 23:52:00 | E-mail | Çapa göndər


ABŞ-ın Miçiqan ştatında əri tərəfindən vəhşicəsinə döyülərək öldürülən İran əsilli Şenaz Nezaminin dəfnində keşiş Quran oxuyub.
Mərhumənin orqanları isə 7 nəfərin həyatını xilas edib.

Milli.Az ABC-yə istinadən bildirir ki, əri Nima Nəsirinin döydüyü Şenaz Nezami çox ağır travmalarla xəstəxanaya aparılmışdı. Onun valideynləri İranda idi.
Xəstəxananın həkimləri İrana zəng vurublar və qadının reanimasiyada saxlandığını, sağ qalma ehtimalının minimum olduğunu söyləyiblər. Daha sonra isə onlar qadının ailəsi ilə danışaraq Şenazın orqanlarından transplantasiya üçün istifadə etməyə icazə veriblər.
Miçiqan Texniki Uriveistetinin doktoranturasında oxuyan Şenaz Nezami ingilis, fransız və ispan dillərini əla bilirdi.
Ərinin yumruq və təpik zərbələri ilə vurub beynini zədələdiyi Şenaz Nezaminin həkimləri onun ailəsini ABŞ-a dəvət ediblər. Fəqət, İranla ABŞ arasında viza problemləri olduğu üçün qadının ailəsi Birləşmiş Ştatlara yollana bilməyib.
Naçar qalan həkimlər Skype vasitəsilə qadının ailəsi ilə danışıblar və ağır koma vəziyyətində olan, yaşamağa ümidi qalmamış Şenaz Nezaminin süni yaşam aparatından ayrılması ilə bağlı razılıq da alıblar.
Bu minvalla Nezaminin orqanları transplantasiya üçün istifadə olunub, 7 amerikalını ölümdən xilas edib
Nezami Marqett şəhər məzarlığında dəfn olunub və ailəsi gələ bilmədiyi mərasimi xəstəxana keçirib.
Keşiş Leon Cervis isə Şenaz Nezaminin dəfnində Qurani-Kərimdən ayələr oxuyub, qadını İslam şərtlərinə uyğun dəfn edib.
Qadının əri, onu döyərək öldürmüş Nəsiri isə həbsxanadadır.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
NASA “21/Borisov“ quyruqlu ulduzunun görüntülərini yayımladı
20.10.2019
İsveçdə pensiya yaşı artırılır
20.10.2019
Yunanıstanın Krit adasındakı mağaralar kirayə verilir
20.10.2019
Dünyanın ən gözəl adaları
20.10.2019
Enişsiz ən uzun uçuş rekordu qeydə alındı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info