17 aya 184 kq arıqladı
Tarix: 07.01.2014 | Saat: 23:55:00 | E-mail | Çapa göndər


"Kökə adam" adlandırılan 27 yaşlı Rob Cilletin çəkisi 260,36 kq, belinin ölçüsü isə 1,98 metr idi.
Həddən ağır çəkisi olduğundan tosqun Rob güclə yatırdı. O, yuxuya gedəndən sonra boğulmağa başlayırdı, çünki piylənmə onda ciddi apnoe sindromu yaratmışdı.
Üstəlik, çox kök olan Rob mini-insult keçirmişdi.
17 ay əvvəl həkimlər Roba dedilər: "Səndə patoloji kökəlmə və piylənmədir. Mütləq arıqlamalısan, yoxsa öləcəksən".
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, yaşam uğrunda mübarizəyə başlayan, izafi çəkilərindən qurtulmağa çalışan Rob Cillet də ciddi pəhrizə, məşqlərə başladı.
Bu minvalla o, 17 ay ərzində 184,16 kiloqram arıqladı.
Britaniyanın Channel 4 telekanalının "Supersize vs. Superskinny" proqramının son buraxılışı da Roba həsr olunmuşdu.
İngiltərənin Bricend şəhərində yaşayan Rob 2012-ci ilin mart ayında proqramda ilk dəfə peyda olanda həddən artıq kök idi.
"Arıqlamaqla bağlı qərar qəbul etmək asan deyildi. Çünki yeməyi sevirdim, çox hərəkət etmirdim. Sözün açığı, tənbəl adamdım. Amma arıqlamasam, öləcəyimi anladım. Buna görə də çox çətin, məşəqqətli prosesə başladım. İndi yeni həyatım var. Hər gün idman edirəm", - Rob Cillett deyib.




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Uçan avtomobillər yaxin gələcəkdə real ola bilər
20.10.2019
Bu tabutlar son illərin ən böyük tapıntıları oldu
19.10.2019
Turistlər övladlarını qatarda unutdu
19.10.2019
NASA iri asteroidin Yerə yaxınlaşdığı barədə xəbərdarlıq edib
19.10.2019
Hindistanda kişi dəfn zamanı “dirilib”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info