Manuel Noyer 2013-cü ildə dünyanın ən yaxşı qapıçısı elan edilib
Tarix: 08.01.2014 | Saat: 15:06:00 | E-mail | Çapa göndər


Münxenin “Bavariya” klubunun və Almaniyanın futbol üzrə yığma komandasının futbolçusu Manuel Noyer 2013-cü ildə dünyanın ən yaxşı qapıçısı elan edilib. Bu barədə yanvarın 7-də Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası məlumat verib. İlin ən yaxşı qapıçısını müəyyənləşdirən ənənəvi rəy sorğusunda dünyanın hər yerindən 70 nəfər idman nəşrlərinin redaktorları və ekspertləri iştirak ediblər. Keçənilki mövsümdə “Bavariya” klubunun tərkibində beş müxtəlif titul qazanmış Manuel Noyer Turinin “Yuventus” komandasının qapıçısı Canluica Buffonu və Londonun “Çelsi” komandasının qapıçısı Peter Çexi geridə qoyub.
SID idman informasiyası agentliyi xatırladır ki, “Bavariya”nın qapıçısı bu ada layiq görülmüş üçüncü alman futbolçusudur. Bundan əvvəl 1996-cı ildə Andreas Kyopke və üç dəfə (1999-cu, 2001-ci və 2002-ci illərdə) Oliver Kann dünyanın ən yaxşı qapıçısı adına layiq görülüblər.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
19.10.2019
“Barselona” səfərdə “Eybar”ı 3:0 hesabı ilə məğlub edib
19.10.2019
“Çelsi”, “Lester” və “Mançester Siti” qalib gəlib
19.10.2019
“Barcelona“da Neymarın qayıtmasını istəməyən insanlar var”
19.10.2019
“El Klassiko“ nə vaxt oynanılacaq?- dekabrın 4-ü, yoxsa 18-i?
19.10.2019
İspaniya çempionatının IX turuna start verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10922

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Vasim Məmmədəliyev vəfat edib
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info